|
6 noyabr 2005-ci il
tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 35 saylı Xətai
üçüncü seçki dairəsinin 16 saylı seçki məntəqəsi
üzrə səsvermənin nəticələrinə dair protokol qanunun
tələblərinə uyğun tərtib edilmədiyindən, habelə
yol verilən qanun pozuntuları seçicilərin iradəsini
müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqə
üzrə səsvermənin nəticələrinin etibarsız hesab
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsinin
16 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə
dair protokol qanunun tələblərinə uyğun tərtib
edilmədiyindən, habelə yol verilən qanun pozuntuları
seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
vermədiyindən həmin məntəqə üzrə səsvermənin nəticələri
etibarsız hesab edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|