|
6 noyabr 2005-ci il
tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 112 saylı Qax seçki
dairəsinin 5 saylı seçki məntəqəsi üzrə səsvermənin
nəticələrinə dair protokol qanunun tələblərinə
uyğun tərtib edilmədiyindən, habelə yol verilən
qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədiyindən həmin məntəqə üzrə səsvermənin
nəticələrinin etibarsız hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 112 saylı Qax seçki dairəsinin 5 saylı
seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə
dair protokol qanunun tələblərinə uyğun tərtib
edilmədiyindən, habelə yol verilən qanun pozuntuları
seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
vermədiyindən həmin məntəqə üzrə səsvermənin nəticələri
etibarsız hesab edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|