|
6 noyabr 2005-ci il
tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 105 saylı Tovuz
seçki dairəsinin 25 və 34 saylı seçki məntəqələri
üzrə səsvermənin nəticələrinə dair protokollar
qanunun tələblərinə uyğun tərtib edilmədiyindən,
habelə yol verilən qanun pozuntuları seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən
həmin məntəqələr üzrə səsvermənin nəticələrinin
etibarsız hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 105 saylı Tovuz seçki dairəsinin 25 və
34 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə
dair protokollar qanunun tələblərinə uyğun tərtib
edilmədiyindən, habelə yol verilən qanun pozuntuları
seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
vermədiyindən həmin məntəqələr üzrə səsvermənin
nəticələri etibarsız hesab edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|