|
6 noyabr 2005-ci il
tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 106 saylı Tovuz
– Qazax – Ağstafa seçki dairəsinin 25 saylı seçki
məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokol
qanunun tələblərinə uyğun tərtib edilmədiyindən,
habelə yol verilən qanun pozuntuları seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən
həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız
hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 106 saylı Tovuz – Qazax – Ağstafa seçki
dairəsinin 25 saylı seçki məntəqəsi üzrə səsvermənin
nəticələrinə dair protokol qanunun tələblərinə
uyğun tərtib edilmədiyindən, habelə yol verilən
qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədiyindən həmin məntəqə üzrə səsvermənin
nəticələri etibarsız hesab edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|