. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

110 saylı Zaqatala seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü, 100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

1. 6 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsinin 1, 2, 6, 8, 10, 15, 17, 19, 20, 22, 24, 25, 26, 31, 33, 34, 36, 37 və 40 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. Seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu və həmin seçki məntəqəsində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən çoxunu təşkil etdiyindən 110 saylı Zaqatala seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız hesab edilsin.

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası