. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

6 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar 99 saylı Şəmkir kənd seçki dairəsinin 1 və 24 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolllarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü, 100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

6 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar 99 saylı Şəmkir kənd seçki dairəsinin 1 və 24 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolllarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası