|
6 noyabr 2005-ci il
tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 4 saylı Naxçıvan
şəhər seçki dairəsinin 2 saylı seçki məntəqəsi
üzrə səsvermənin nəticələrinə dair protokolda
yol verilməz düzəlişlər edildiyindən, habelə yol
verilən qanun pozuntuları seçicilərin iradəsini
müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqə
üzrə səsvermənin nəticələrinin etibarsız hesab
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 4 saylı Naxçıvan şəhər seçki dairəsinin
2 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə
dair protokolda yol verilməz düzəlişlər edildiyindən,
habelə yol verilən qanun pozuntuları seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən
həmin məntəqə üzrə səsvermənin nəticələri etibarsız
hesab edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|