|
6 noyabr 2005-ci il
tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 8 saylı Binəqədi
birinci seçki dairəsinin 4, 5, 7, 9, 10, 13, 14,
18, 20, 21, 22 və 25 saylı seçki məntəqələri üzrə
səsvermənin nəticələrinə dair protokollarda yol
verilməz düzəlişlər edildiyindən, habelə yol verilən
qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin
nəticələrinin etibarsız hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsinin
4, 5, 7, 9, 10, 13, 14, 18, 20, 21, 22 və 25 saylı
seçki məntəqələri üzrə səsvermənin nəticələrinə
dair protokollarda yol verilməz düzəlişlər edildiyindən,
habelə yol verilən qanun pozuntuları seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən
həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız
hesab edilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Xanmurad Əhmədov
Azər Tağıyev
İlham Məmmədov
|