|
9 sayli Binəqədi ikinci
seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsiz
hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
1. 6 noyabr 2005-ci il tarixdə
Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş
seçkilərlə əlaqədar 9 saylı Binəqədi ikinci seçki
dairəsinin 2, 3, 4, 6, 7, 8, 9, 10, 23, 25, 26,
27 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin
nəticələrinə dair protokollarda yol verilməz düzəlişlər
edildiyindən, habelə yol verilən qanun pozuntuları
seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
vermədiyindən həmin məntəqələr üzrə səsvermənin
nəticələri etibarsız hesab edilsin.
2. Seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız
sayılmış seçki məntəqələrinin sayı həmin seçki
dairəsində olan seçki məntəqələrinin ümumi sayının
2/5 hissəsindən çoxunu və həmin seçki məntəqəsində
qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə
qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən
çoxunu təşkil etdiyindən 9 saylı Binəqədi ikinci
seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız
hesab edilsin.
3. Həmin seçki dairəsi üzrə müvafiq materiallar
aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının
Baş Prokurorluğuna göndərilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|