. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 32/148 saylı 5 oktyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin səsvermədə istifadə etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə “ – Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi” sözlərindən sonra “ – “SSRİ pasportu və 9 nömrəli formada Arayış” sözlərinin əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 32/148 saylı 5 oktyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin səsvermədə istifadə etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə “ – Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi” sözlərindən sonra “ – SSRİ pasportu və 9 nömrəli formada Arayış” sözləri əlavə edilsin.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası