|
Müvafiq seçki dairəsi
dairə seçki komissiyasının və məntəqə seçki komissiyasının
tərkibinə təyin edilən məşvərətçi səs hüquqlu
komissiya üzvünün vəsiqə formalarının təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü və 28.4-cü,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq
edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r :
Azərbaycan Respublikasının üçüncü
çağırış Milli Məclisinə seçkilərdə seçki dairələrinin
60-dan çoxunda namizəd irəli sürmüş və namizədləri
qeydə alınmış siyasi partiya və siyasi partiyalar
bloku tərəfindən müvafiq seçki dairəsi dairə seçki
komissiyasının və məntəqə seçki komissiyasının
tərkibinə təyin edilən məşvərətçi səs hüquqlu
komissiya üzvünün vəsiqə formaları təsdiq edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|