|
Azərbaycan Respublikasının
2005-ci il noyabrın 6-na təyin edilmiş üçüncü
çağırış Milli Məclisinə seçkilərdə səsvermə günü
seçicilərin barmaqlarının işarələnməsi üçün mürəkkəbdən
istifadə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü və 28.4-cü,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq
edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r :
Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin
hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz
tədbirlər haqqında” 25 oktyabr tarixli Sərəncamının
2.1-ci bəndində verilmiş tövsiyəyə əsasən, Azərbaycan
Respublikasının 2005-ci il noyabrın 6-na təyin
edilmiş üçüncü çağırış Milli Məclisinə seçkilərdə
səsvermə günü seçicilərin barmaqlarının işarələnməsi
üçün mürəkkəbdən istifadə edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|