|
Seçki bülletenində,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü
maddəsinə uyğun olaraq qeydə alınmış bitərəf və
partiya mənsubiyyəti göstərilməyən namizədlərin
barəsində olan məlumatlarda, həmin namizədi irəli
sürmüş siyasi partiya və ya siyasi partiya blokunun
embleminin də göstərilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.4-cü, 51.3-cü,
166.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r:
Seçki bülletenində, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq qeydə
alınmış bitərəf və partiya mənsubiyyəti göstərilməyən
namizədlərin barəsində olan məlumatlarda, həmin
namizədi irəli sürmüş siyasi partiya və ya siyasi
partiya blokunun emblemi də göstərilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|