|
“Space” Müstəqil Teleradio
Şirkəti və “Turan” İnformasiya Agentliyi Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdindəki
Mətbuat qrupunun tərkibindən çıxarılması və Azərbaycan
Respublikası İctimai Televiziya və Radio Yayımları
Şirkəti və Azəri-Press İnformasiya Agentliyi Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdindəki
Mətbuat qrupunun tərkibinə daxil edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.4-cü, 74.5-ci,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq
edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r:
1. “Space” Müstəqil Teleradio Şirkəti və “Turan”
İnformasiya Agentliyi Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının nəzdindəki Mətbuat
qrupunun tərkibindən çıxarılsın.
2. Azərbaycan Respublikası İctimai Televiziya
və Radio Yayımları Şirkəti və Azəri-Press İnformasiya
Agentliyi Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının nəzdindəki Mətbuat qrupunun tərkibinə
daxil edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|