|
2005-ci il noyabrın
6-na təyin edilmiş Azərbaycan Respublikasının
üçüncü çağırış Milli Məclisinə seçkilərlə əlaqədar
seçki bülleteninin mətni və formasının təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.11-ci, 51.3-cü,
99-cu, 166-cı və 28.4-cü və “Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında” 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r :
1. 2005-ci il noyabrın 6-na təyin
edilmiş Azərbaycan Respublikasının üçüncü çağırış
Milli Məclisinə seçkilərlə əlaqədar 125 seçki
dairəsinin sıralanma ardıcıllığına əməl edilməklə
və müvafiq seçki dairəsinin nömrəsi göstərilməklə,
bir-bir və ardıcıl olaraq nömrələnməklə, namizədlər
barəsində məlumatlardan yuxarıda yerləşdirilməklə
doldurulması qaydası haqqında izahat verilməklə,
nömrə kəsilən yuxarı sol küncündə yerləşdirilməklə,
yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə
ləğvetmə xətti olmaqla, qeydə alınmış hər bir
namizədin əlifba sırası qaydasında soyadı, adı,
atasının adı, doğum tarixi, əsas iş və ya xidmət
yeri (bu olmadıqda – fəaliyyət növü), qeydə alınmış
namizədin kim tərəfindən irəli sürüldüyü, namizədliyi
siyasi partiyalar tərəfindən irəli sürülmüş və
qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın
qısa adı, emblemi, siyasi partiyaların blokları
tərəfindən irəli sürülmüş və qeydə alınmış namizədin
mənsub olduğu siyasi partiyanın qısa adı, həmçinin
emblemi əvəzinə razılaşdırma olduqda həmin blokun
emblemi göstərilməklə, siyasi partiyaların və
siyasi partiyalar blokunun emblemləri eyni (ağ-qara)
rəngdə olmaqla, öz təşəbbüsü ilə və ya bilavasitə
seçicilər tərəfindən irəli sürülmüş və qeydiyyatdan
keçmiş namizədin partiya mənsubiyyəti onun arzusu
ilə göstərilməklə seçki bülleteninin mətni və
forması təsdiq edilsin (forma əlavə olunur).
2. Daimi seçici siyahılarındakı seçicilərin sayı
barədə 2005-ci ilin oktyabr ayının 8-nə olan məlumata
əsasən 125 seçki dairəsinin hər biri üzrə seçicilərin
sayından 3 faiz artıq olmaqla cəmi 4.802.962 ədəd
seçki bülletenləri hazırlansın və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Mətbəəsində çap edilsin
(seçki dairələri üzrə məlumat əlavə olunur).
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov |