|
Seçkilərdə iştirak
edən siyasi partiya blokları tərəfindən Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 51.3-cü maddəsinin
tələbinə əsasən öz emblemlərinin seçki bülletenində
göstərilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası
ilə razılaşdırmaq üçün müraciətləri olduqda, seçki
bülletenlərində onlar tərəfindən irəli sürülmüş
qeydə alınmış deputatlığa namizədlər barəsindəki
məlumatlarda göstərilməli olan namizədin mənsub
olduğu siyasi partiyanın embleminin əvəzinə müvafiq
siyasi partiyalar blokunun embleminin göstərilməsi
barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.4-cü, 51.3-cü,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq
edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r:
Seçkilərdə iştirak edən siyasi partiya blokları
tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin
51.3-cü maddəsinin tələbinə əsasən öz emblemlərinin
seçki bülletenində göstərilməsi məqsədilə Mərkəzi
Seçki Komissiyası ilə razılaşdırmaq üçün müraciətləri
olduqda, seçki bülletenlərində onlar tərəfindən
irəli sürülmüş qeydə alınmış deputatlığa namizədlər
barəsindəki məlumatlarda göstərilməli olan namizədin
mənsub olduğu siyasi partiyanın embleminin əvəzinə
müvafiq siyasi partiyalar blokunun emblemi göstərilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov |