|
Müvafiq yaşayış məntəqələrində
yeni yaşayış binalarının istifadəyə verilməsi
və texniki səbəblərdən dislokasiyaya daxil edilməməsi
ilə əlaqədar bəzi seçki dairələrinin hüdudlarında
dəqiqləşdirilmə aparılaraq qanunla müəyyən olunmuş
müddətdə dərc edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r:
Müvafiq yaşayış məntəqələrində
yeni yaşayış binalarının istifadəyə verilməsi
və texniki səbəblərdən dislokasiyaya daxil edilməməsi
ilə əlaqədar 18 saylı Nərimanov – Nizami, 19 saylı
Nərimanov birinci, 24 saylı Nizami birinci, 25
saylı Nizami ikinci, 29 saylı Səbail, 31 saylı
Suraxanı ikinci, 33 saylı Xətai birinci, 46 saylı
Əli Bayramlı, 86 saylı İsmayıllı seçki dairələrinin
hüdudlarında dəqiqləşdirilmə aparılaraq qanunla
müəyyən olunmuş müddətdə dərc edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|