. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Müvafiq yaşayış məntəqələrində yeni yaşayış binalarının istifadəyə verilməsi və texniki səbəblərdən dislokasiyaya daxil edilməməsi ilə əlaqədar 20 saylı Nərimanov ikinci, 31 Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 36 saylı Xətai dördüncü və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairələrinin hüdudlarında dəqiqləşdirilmə aparılaraq qanunla müəyyən olunmuş müddətdə dərc edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

Müvafiq yaşayış məntəqələrində yeni yaşayış binalarının istifadəyə verilməsi və texniki səbəblərdən dislokasiyaya daxil edilməməsi ilə əlaqədar 20 saylı Nərimanov ikinci, 31 Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 36 saylı Xətai dördüncü və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairələrinin hüdudlarında dəqiqləşdirilmə aparılaraq qanunla müəyyən olunmuş müddətdə dərc edilsin.


Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası