. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Azərbaycan Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin 2005-ci noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat dövründə ayırdıqları ödənişsiz efir vaxtının bölgüsünün nəticələrini əks etdirən cədvəllərin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 26.2.3-cü, 28.4-cü, 80.4-cü və 80.7-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə əsasən q ə ra r a a l ı r:

Azərbaycan Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin 2005-ci noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat dövründə ayırdıqları ödənişsiz efir vaxtının bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq edilsin (cədvəllər qərara əlavə edilir).

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Vidadi Mahmudov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Ənvər Əliyev

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə

Arzuxan Əlizadə

Mənsum Bayramov

Azərbaycan Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat dövründə televiziyalarda ayırdıqları ödənişsiz efir vaxtının siyasi partiyalar və siyasi partiyalar blokları tərəfindən istifadə edilməsi ardıcıllığı bölgüsünün nəticələrini əks etdirən cədvəl

Azərbaycan Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2005-ci noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat dövründə radioda ayırdığı ödənişsiz efir vaxtının siyasi partiyalar və siyasi partiyalar blokları tərəfindən istifadə edilməsinin ardıcıllığı bölgüsünün nəticələrini əks etdirən cədvəl


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası