. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Azərbaycan Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat dövründə ayırdıqları ödənişsiz efir vaxtının həftəlik ümumi həcminin həmin təşkilatlarla razılaşmaya əsasən müəyyən edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 26.2.3-cü, 28.4-cü, 77.2-ci, 80.1-ci, 80.4 - 80.7-ci və 155.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə əsasən q ə r a r a a l ı r:

1. Azərbaycan Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat dövründə ayırdıqları ödənişsiz efir vaxtının həftəlik ümumi həcmi həmin təşkilatlarla razılaşmaya əsasən 4,5 saat (270 dəqiqə) müəyyən edilsin.

1.1. “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hər həftənin I – VI günlərində saat 22.00-dan, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən isə hər həftənin I – VI günlərində saat 21.30-dan seçkiqabağı təşviqat aparmaq üçün televiziyalarda ödənişsiz efir vaxtı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış hər bir siyasi partiya və siyasi partiyalar bloku üçün gündə 4 dəqiqə olmaqla cəmi 16 dəqiqə verilsin.

1.2. “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və İctimai Televiziya və Radio Yayımları Şirkəti seçkiqabağı təşviqat məqsədilə hər həftənin bazar günləri növbəlilik əsasında dəyirmi masalar üçün 24 dəqiqəlik ödənişsiz efir vaxtı verilməsini təmin etsinlər.

1.3. “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti hər həftənin II və IV günlərində radioda saat 20.30-dan seçkiqabağı təşviqat aparılması üçün seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış hər bir siyasi partiya və siyasi partiyalar blokuna 4,5 dəqiqə olmaqla cəmi 18 dəqiqə, hər həftənin VI günü saat 20.30-dan dəyirmi masa üçün hər dəfə 18 dəqiqə ödənişsiz efir vaxtı verilməsini təmin etsinlər.
1.4. Bu Qərarın 1.1. – 1.3-cü bəndlərində göstərilən ödənişsiz efir vaxtı Yeni Azərbaycan Partiyasına, Liberal Partiyasına, “Azadlıq” seçki blokuna və “Yeni Siyasət” seçki blokuna verilsin.

2. Ödənişsiz efir vaxtının bu Qərarın 1.4-cü bəndində göstərilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirilsin.

2.1. Mərkəzi Seçki Komissiyasının üzvləri Azər Cabir oğlu Tağıyev (sədr), Fuad Musa oğlu Cavadov və Yusif Qəzənfər oğlu Bağırzadədən ibarət tərkibdə Püşkatma Komissiyası yaradılsın.

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Vidadi Mahmudov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Ənvər Əliyev

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə

Arzuxan Əlizadə

Mənsum Bayramov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası