|
122 saylı Xankəndi
seçki dairəsi dairə seçki komissiyasının təklifi
qəbul edilməsi və həmin dairədə 9 seçki məntəqəsinin
yaradılması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
1. 122 saylı Xankəndi seçki dairəsi
dairə seçki komissiyasının təklifi qəbul edilsin
və həmin dairədə 9 seçki məntəqəsi yaradılsın.
2. Yeni yaradılmış seçki məntəqələri məntəqə seçki
komissiyalarının formalaşdırılması və fəaliyyətə
başlamasının təmin edilməsi 122 saylı Xankəndi
seçki dairəsi dairə seçki komissiyasına həvalə
edilsin.
3. Yeni formalaşdırılmış məntəqə seçki komissiyalarının
fəaliyyətinin maliyyə təminatı həll edilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Vidadi Mahmudov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Ənvər Əliyev
Xanmurad Əhmədov
Azər Tağıyev
İlham Məmmədov
Yusif Bağırzadə
Arzuxan Əlizadə
Mənsum Bayramov
|