|
Bəzi seçki məntəqələrinin
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə
müvafiq olaraq yenidən təşkil edilməsi zərurəti
yarandığından məsələnin qanunauyğun həlli müvafiq
məntəqələri yaratmış seçki dairələrinə həvalə
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.1
- 35.3-cü, 28.4-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi
haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü
il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
Seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar
qərara əlavə edilmiş siyahıdakı seçki məntəqələrində
seçicilərinin sayı Azərbaycan Respublikası Seçki
Məcəlləsinın 35.3.1-ci maddəsinin müəyyən etdiyi
normanın yuxarı həddini aşdığından və həmin seçki
məntəqələrinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin
tələblərinə müvafiq olaraq yenidən təşkil edilməsi
zərurəti yarandığından məsələnin qanunauyğun həlli
müvafiq məntəqələri yaratmış seçki dairələrinə
həvalə edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|