|
Seçki komissiyalarının
iclasını müşahidə etmək üçün xüsusi icazə almaqdan
ötrü qanunamüvafiq olaraq Mərkəzi Seçki Komissiyasına
müraciət etmiş şəxslərin müraciətlərinin təmin
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 40-cı, 19.4-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r:
1. Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 40.13-cü maddəsinə əsasən səsvermə
gününədək seçki komissiyalarının iclasını müşahidə
etmək üçün xüsusi icazə almaqdan ötrü qanunamüvafiq
olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş
şəxslərin müraciətləri təmin edilsin.
2. Hər seçki komissiyası üçün xüsusi icazə almış
müşahidəçilərin sayı on nəfərdən artıq olduqda
Mərkəzi Seçki Komissiyası tərəfindən həmin şəxslər
arasında püşkatma keçirilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|