|
122 saylı Xankəndi
seçki dairəsi dairə seçki komissiyası fəaliyyətə
başlaması ilə bağlı
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
122 saylı Xankəndi seçki dairəsinin fəaliyyətə
başlamasını təmin etmək məqəsdilə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 29 – 30-cu, 46 – 48-ci, 19.4-cü
və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci, 3.6-cı, 4.1-ci və 4.2-ci maddələrinə uyğun
olaraq q ə r a r a a l ı r :
1. Aşağıdakı şəxslər 122 saylı Xankəndi seçki
dairəsi dairə seçki komissiyasının həlledici səs
hüquqlu üzvləri təyin edilsinlər:
Nazim Nemət oğlu Vəliyev
Vüqar Qiyas oğlu Əhmədov
Zahid Hüsü oğlu Əlişov
Svetlana Qrantovna Qorçuyeva
Nailə Eldar qızı Quliyeva
Arif Əyyub oğlu Əliyev
Arzu Məmməd oğlu Xudayarov
2. 122 saylı Xankəndi seçki dairəsi dairə seçki
komissiyası fəaliyyətə başlasın.
3. Dairə seçki komissiyasına tapşırılsın ki,
seçki dairəsinin mərkəzi ilə bağlı qısa müddətdə
Mərkəzi Seçki Komissiyasına təklif versin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|