|
“Azərbaycançı Qüvvələr”
siyasi partiyalar blokunun qeydə alınması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 50.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
1. 2005-ci il noyabrın 6-da keçiriləcək Milli
Məclisə seçkilərlə əlaqədar Vəhdət və Birlik Partiyaları
tərəfindən yaradılmış “Azərbaycançı Qüvvələr”
siyasi partiyalar bloku qeydə alınsın.
2. Həmin siyasi partiyalar blokunun emblemi Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 51.3-cü maddəsinin
tələblərinə cavab vermədiyindən təsdiq edilməsin.
3. Həmin siyasi partiyalar blokunun embleminin
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 51.3-cü
maddəsinin tələblərinə uyğunlaşdırılaraq yenidən
Mərkəzi Seçki Komissiyasının təsdiqinə təqdim
edilməsi tövsiyə edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|