. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

“Azadlıq” siyasi partiyalar blokunun qeydə alınması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 50.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

2005-ci il noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən yaradılmış “Azadlıq” siyasi partiyalar bloku qeydə alınsın.


Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası