|
İslahat” siyasi partiyalar
blokunun qeydə alınması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 50.3-cü, 19.4-cü və 28.4-cü, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
2005-ci il noyabrın 6-da keçiriləcək
Milli Məclisə seçkilərlə əlaqədar Demokratik Azərbaycan
Dünyası Partiyası, Azərbaycan Azad Respublikaçılar
Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası
və Azərbaycan Respublikaçılar Partiyası tərəfindən
yaradılmış “İslahat” siyasi partiyalar bloku qeydə
alınsın.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|