. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə hüdudlarında qismən dəyişiklik edilmiş seçki dairələrinin sxemi təsdiq edilsin və qanunla müəyyən olunmuş müddətdə dərc edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyun 2005-ci il tarixli 10/28 saylı qərarı ilə 115 saylı Şəki kənd II, 22 iyun 2005-ci il tarixli 12/34 saylı qərarı ilə 17 saylı Yasamal III, 18 saylı Nərimanov – Nizami, 22 saylı Nəsimi II, 23 saylı Nəsimi – Səbail, 26 saylı Sabunçu I, 27 saylı Sabuncu II, 4 iyul 2005-ci il tarixli 13/37 saylı qərarı ilə 65 saylı Saatlı – Sabirabad – Kürdəmir seçki dairələri yenidən formalaşmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə hüdudlarında qismən dəyişiklik edilmiş seçki dairələrinin sxemi təsdiq edilsin və qanunla müəyyən olunmuş müddətdə dərc edilsin.

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Asif Mahmudov

Ənvər Əliyev

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə

Asəf Əliyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası