|
Göstərilən seçki dairələrinin
hüdudlarında qismən dəyişikliklər edildiyinə görə
dairə seçki komissiyalarının tərkibi dəyişdirilmədən,
müvafiq olaraq yeni yaradılmış seçki dairələrinin
dairə seçki komissiyası hesab edilməklə seçki
dairələrinin adları və seçicilərin sayının müəyyən
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası nəzdindəki mütəxəssislərdən
ibarət seçki dairələrinin sərhədlərinin müəyyən
edilməsi üzrə komissiyasının təkliflərini nəzərə
alaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin
29-cu, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
Aşağıda göstərilən seçki dairələrinin hüdudlarında
qismən dəyişikliklər edildiyinə görə dairə seçki
komissiyalarının tərkibi dəyişdirilmədən, müvafiq
olaraq yeni yaradılmış seçki dairələrinin dairə
seçki komissiyası hesab edilməklə seçki dairələrinin
adları və seçicilərin sayı aşağıdakı kimi müəyyən
edilsin:
1. 63 saylı Sabirabad seçki dairəsi müvafiq olaraq
63 saylı Sabirabad birinci seçki dairəsi (seçicilərin
sayı – təxminən 37000);
2. 64 saylı Sabirabad – Saatlı seçki dairəsi müvafiq
olaraq 64 saylı Sabirabad ikinci seçki dairəsi
(seçicilərin sayı – təxminən 36000);
3. 65 saylı Sabirabad – Kürdəmir seçki dairəsi
müvafiq olaraq 65 saylı Saatlı – Sabirabad – Kürdəmir
seçki dairəsi (seçicilərin sayı – təxminən 14000,
6000, 12000) adlandırılsın.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|