. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə bəzi seçki dairələrinin seçicilərinin sayının (təmsilçilik normasına uyğunlaşdırılması ilə əlaqədar) və adlarının dəyişdirilməsini nəzərə alaraq seçki dairələrinin dairə seçki komissiyalarının tərkibi dəyişdirilmədən seçki dairələrinin dairə seçki komissiyaları hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə bəzi seçki dairələrinin seçicilərinin sayının (təmsilçilik normasına uyğunlaşdırılması ilə əlaqədar) və adlarının dəyişdirilməsini nəzərə alaraq seçki dairələrinin dairə seçki komissiyalarının tərkibi dəyişdirilmədən

Bakı şəhəri üzrə

1. 12 saylı Qaradağ – Binəqədi seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsi dairə seçki komissiyası;
2. 18 saylı Yasamal – Səbail seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 18 saylı Nərimanov – Nizami seçki dairəsi dairə seçki komissiyası;
3. 23 saylı Nəsimi – Nərimanov seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 23 saylı Nəsimi – Səbail seçki dairəsi dairə seçki komissiyası;
4. 26 saylı Nizami – Sabunçu seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyası;
5. 27 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyası;
6. 28 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyası;
7. 32 saylı Suraxanı – Sabunçu seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyası hesab edilsin.

Digər seçki dairələri üzrə

1. 50 saylı Qobustan – Siyəzən – Xızı seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 50 saylı Qobustan – Xızı – Quba seçki dairəsi dairə seçki komissiyası;
2. 54 saylı Dəvəçi – Quba seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 54 saylı Dəvəçi – Siyəzən seçki dairəsi dairə seçki komissiyası;
3. 87 saylı Ağsu seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 87 saylı Ağsu – İsmayıllı seçki dairəsi dairə seçki komissiyası;
4. 114 saylı Şəki kənd seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyası;
5. 115 saylı Şəki – Oğuz seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyası;
6. 117 saylı Qəbələ – İsmayıllı – Oğuz seçki dairəsi dairə seçki komissiyası müvafiq olaraq 117 saylı Oğuz – Qəbələ seçki dairəsi dairə seçki komissiyası hesab edilsin.


Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası