Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü
il tarixli 15/91
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında
bələdiyyə seçkilərində seçicilərin təşəbbüs
qruplarının yaradılması və namizədlərin irəli
sürülməsi qaydası haqqında
T Ə L I M A T
1. Azərbaycan Respublikasında
bələdiyyə seçkiləri zamanı namizədin və ya namizədlərin
irəli sürülməsi Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 53-cü, 54-cü və 214-cü maddələri
ilə tənzimlənir.
2. Azərbaycan Respublikası Seçki Məcəlləsinin
215-ci maddəsində nəzərdə tutulan qaydada əhalinin
sayına nisbətdə:
əhalisi 99.999-dan çox bələdiyyədə - azı 30
nəfərdən,
əhalisi 49.999-dan çox bələdiyyədə - azı 25
nəfərdən,
əhalisi 19.999-dan çox bələdiyyədə - azı 20
nəfərdən,
əhalisi 9.999-dan çox bələdiyyədə - azı 15 nəfərdən,
əhalisi 4.999-dan çox bələdiyyədə - azı 10 nəfərdən,
əhalisi 4.999-dan az olan bələdiyyədə - 5 nəfərdən
ibarət olan saydan az olmayaraq təşəbbüs qrupu
yaradıla bilər.
3. Təşəbbüs qrupu üzvlərinin müfaviq bələdiyyənin
ərazisində yaşamaları faktı əsas götürülür.
4. Aktiv seçki hüququ olan vətəndaşlardan ibarət
seçicilərin təşəbbüs qrupu tərəfindən namizəd
və ya namizədlər o şərtlə irəli sürülə bilər
ki, aşağıda göstərilən sənədlər Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə və bu Təlimata uyğun formada
müvafiq dairə seçki komissiyasına təqdim edilsin.
5. Bələdiyyəyə namizəd və ya namizədlər irəli
sürmək məqsədilə təşəbbüs qrupu yaratmaq istəyən
seçicilər tərəfindən yığıncaq keçirilməlidir.
5.1. Yığıncaqdan qabaq təşəbbüs qrupunu yaratmaq
istəyən seçicilərə yığıncağın keçirilməsinin
yeri və vaxtı barədə məlumat verilir.
5.1.1. Həmin yığıncaqda aşağıdakı məsələlər
müzakirə olunur:
5.1.2. bu təlimatın 2-ci bəndinin tələbləri
qaydasında, həmin sayda və ya daha çox saydan
ibarət seçicilərin təşəbbüs grupunun yaradılması;
5.1.3. namizədin və ya bələdiyyə üzvlərinin
sayından az və ya həmin sayda namizədlərin irəli
sürülməsi;
5.1.4. namizədliyin irəli sürülməsinin təsdiq
edilməsi üçün dairə seçki komissiyasına bildirişlə
müraciət edilməsi.
5.2. Göstərilən məsələlər seçicilərin təşəbbüs
qrupunun yığıncağında müzakirə edilərək qərarlar
çıxarılır və buna dair müvafiq protokol tərtib
olunur. Həmin protokolu iclasın sədri və katibi
imzalayır.
5.3. Seçicilərin təşəbbüs qrupunun yığıncağının
protokolu və bildirişin hər bir vərəqi yığıncağın
keçirildiyi yerin ərazi üzrə bələdiyyə qurumu,
icra nümayəndəliyi, mənzil istismar sahəsi və
digər hüquqi şəxslərin möhürləri ilə təsdiqlənir.
6. Azərbaycan Respublikası Seçki Məcəlləsinin
53-cü maddəsinə və bu təlimata uyğun tərtib
edilmiş aşağıda ğöstərilən sənədlər müvafiq
dairə komissiyalarına göndərilməlidir:
1) seçicilərin təşəbbüs qrupunun yaradılması
barədə yığıncağın protokolu (bu Təlimata 4 saylı
əlavə);
2) hər bir namizədin irəli sürülməsinə təşəbbüs
edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş
bildiriş (bu Təlimata 1 “A” saylı əlavə);
3) namizədin və ya namizədlərin Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 53-cü maddəsinə uyğun tərtib
və notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi
(bu Təlimata 2 “A” saylı əlavə);
Namizəd və ya namizədlər tərəfindən səlahiyyətli
nümayəndə təyin edilibsə:
4) səlahiyyətli nümayəndənin(lərin) razılıq
ərizəsi (bu ərizə notariat qaydasında təsdiq
edilməlidir). (Bu Təlimata 3 saylı əlavə);
5) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin(lərin)
notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi.
7. Öz təşəbbüsü
ilə bələdiyyə üzvlüyünə namizədliyini irəli
sürən vətəndaş dairə seçki komissiyasına aşağıdakı
sənədləri təqdim etməlidir:
1) bələdiyyəyə namizədliyin irəli sürülməsinə
dair bildiriş (bu Təlimata 1 saylı əlavə);
2) namizədin və ya namizədlərin Azərbaycan Respublikasınin
Seçki Məcəlləsinin 53-cü maddəsinə uyğun tərtib
edilmiş və notariat qaydada təsdiq edilmiş öhdəlik
barədə ərizəsi (bu Təlimata 2 “A” saylı əlavə).
Səlahiyyətli nümayəndə təyin edilibsə:
3) səlahiyyətli nümayəndənin(lərin) notariat
qaydasında təsdiq edilmiş razılıq ərizəsi (bu
Təlimata 3 saylı əlavə);
4) bələdiyyəyə namizəd tərəfindən verilən səlahiyyətli
nümayəndənin(lərin) notariat qaydasında təsdiq
edilmiş vəkalətnaməsi.
8. Siyasi partiyalar
tərəfindən namizəd və ya namizədlər o şərtlə
irəli sürülə bilər ki, aşağıda göstərilən sənədlər
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
və bu Təlimata uyğun formada müvafiq dairə seçki
komissiyasına təqdim edisin:
1) siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin
notariat qaydasında təsdiqlənmiş surəti;
2) siyasi partiyanın qüvvədə olan nizamnaməsinin
notariat qaydasında təsdiqlənmiş surəti;
3) namizədin irəli sürülməsi barədə siyasi partiyanın
qurultayının (konfransının, rəhbər orqanın iclasının)
qərarı və müvafiq iclasın protokolu;
4) siyasi partiyaların, səlahiyyətli nümayəndələrinin
siyahısı (bu siyahı həmcinin Mərkəzi Seçki Komissiyasına
da təqdim olunur) (bu Təlimata 4 “A” saylı əlavə
olunur). Həmcinin maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrin siyahısı;
5) səlahiyyətli nümayəndənin razılıq məktubu
(bu Təlimata 3 saylı əlavə).
6) siyasi partiyanın səlahiyyətli nümayəndələrinin
notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;
7) bələdiyyəyə namizədliyin irəli sürülməsinə
dair bildiriş (bu Təlimata 1 saylı əlavə);
8) namizədin razılıq ərizəsi (bu Təlimata 2
“A” saylı əlavə);
9. Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq
siyasi partiyalar blokunun qeydə alınması üçün
onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən
sənədləri Azərbaycan Respublikası Seçki Məcəlləsinə
uyğun formada Mərkəzi Seçki Komissiyasına təqdim
etməlidir:
1) bloka daxil olan siyasi partiyaların nizamnamələrinin
notariat qaydasında təsdiq edilmiş surətləri;
2) siyasi partiyaların bloka daxil olmaq haqqında
qərarları;
3) blokun yaradılması haqqında siyasi partiyaların
səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış
və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş
birgə qərar.
10. Siyasi partiyalar
bloku tərəfindən namizəd və ya namizədlər o
şərtlə irəli sürülə bilər ki, aşağıda göstərilən
sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinə
və bu Təlimata uyğun formada müvafiq dairə seçki
komissiyasına təqdim edisin:
1) siyasi partiyaların blokuna daxil olan siyasi
partiyaların nümayəndələrinin iclasının (qurultayının,
konfransının) siyasi partiyaların bloku adından
namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq
iclasın protokolu;
2) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin
notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;
3) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin
siyahısı. Bu siyahı həmcinin Mərkəzi Seçki Komissiyasına
da təqdim edilməlidir (bu Təlimata 4 saylı əlavə
olunur). Həmcinin maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrin siyahısı;
4) səlahiyyətli nümayəndələrin razılıq məktubu
(Təlimata 3 “A” saylı əlavə);
5) bələdiyyəyə namizədliyin irəli sürülməsinə
dair bildiriş (bu Təlimata 1 saylı əlavə);
6) namizədin razılıq ərizəsi (bu Təlimata 2
“A” saylı əlavə);
_________