Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 02 sentyabr 2004-cü
il tarixli 17/107
saylı Qərarı ilə təsdiq edilmişdir.
İmza vərəqələri
müvafiq seçki komissiysına təqdim edilənədək
namizədi irəli sürənlərin imza vərəqələrində
pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə
alınmıır ki, imza toplayanlar tərəfindən vərəqələrdə
bu pozuntu haqqında müvafiq qeydlər aparılsın
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.5-ci maddəsi).
İmza vərəqələri yoxlanılarkən eyni adamın bir
neçə imzası aşkar edilərsə, yalnız bir imza
etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.6-cı maddəsi).
Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlərlə
yanaşı, aşağıdakılar qeyri-düzgün hesab edilir
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.7-ci maddəsi):
- müvafiq icra hakimiyyəti orqanının arayışı,
yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun
olaraq seçki komissiyasının işinə cəlb edilmiş
ekspertin rəyi əsasında seçki hüququ olmayan
və məlumatları qeyri-düzgün göstərən seçicilərin
imzalari (Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.7.1-ci maddəsi);
- namizəd irəli sürülməsi haqqında müvafiq seçki
komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə
daxil edilmiş seçici imzaları (Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi);
- Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin
pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.7.3-cü maddəsi);
- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən
və ya müxtəlif şəxslərin bir şəxs adından qoyulmuş
imzalar(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.7.4-cü maddəsi);
- imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və
ya karandaşla qoyulan imzalar (Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi).
İmza vərəqələrində seçici imzalarının qoyulması
tarixində düzəliş edildikdə, bu imzalar o şərtıə
düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən
şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.8-ci maddəsi).
İmza vərəqələrin imza toplayan şəxsin, habelə
namizədin, siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı
qaydasında imzası ilə təsdiq edilməyibsə və
ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə,
imza vərəqələrində olan bütün imzalar etibarsız
sayıllır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.9-cu maddəsi).
Seçki Məcəlləsinin 59.7–59.10-cu maddələrinə
əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə,
imzaların düzgünlüyü və ya imzaların sayının
hesablanmasının düzgünlüyü yoxlanılarkən imza
vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən
düzəliş və qeydlər imzaların etibarsız sayılması
üçün əsas götürülə bilməz (Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 59.11-ci maddəsi).
Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə
uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan
sonra qalan seçici imzalarının sayı qeydiyyat
üçün lazım olan saydan az olarsa, namizəd qeydə
alınmır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.12-ci maddəsi).
Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması
nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq
seçki komissiyasının həlledici səs hüquqlu üzvü
tərəfindən protokol tərtib edilir, imzalanır
və qərar qəbul olunması üçün seçki komissiyasına
təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış
imzalarının sayı, habelə əsası qeyd olunmaqla
etibarsız sayılmış imzaların sayı göstərilir
(2 saylı əlavənin forma və məzmununa uyğun).
Protokol seçki komissiyasının
müvafiq qərarına qoşulur. Protokolun surəti
namizədin qeydə alınması məsələsinə baxan seçki
komissiyası iclasının başlanmasına azı 24 saat
qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsinə verilir.
İmzalar yoxlanılarkən lazımi sayda seçici imzaıarının
olmadığı aşkar edildikdə namizəd, habelə siyasi
partiya, siyasi partiyaların bloku işçi qrupunun
rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə
yanaşı, seçici imzalarının etibarsız sayılmasının
əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi,
müvafiq imza vərəqəsindəki sətrin nömrəsi, qeyd
olunan yoxlamanın nəticəsi barədə cədvəlinin
surətini də almaq hüququna malikdir (Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 59.13-cü maddəsi).
I
mərhələ – Namizədliyin irəli sürülməsi
Müvafiq seçki komissiyası
təqdim edilmiş sənədlərə 5 gün müddətində
baxır və namizədə, onun səlahiyyətli
nümayəndəsinə, siyasi partiyanın, siyasi
partiyalar blokunun səlahiyyətli nümayəndəsinə,
namizədliyin müvafiq seçki dairələri
üzrə irəli sürülməsini təsdiq və ya
imtina barədə qərar təqdim edir (Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 53.6-cı
və 54.9-cu maddələri).
|
Sənəd
və məlumatların yoxlanılması mümkün olan
orqan və qurumların siyahısı: |
|
Namizədə aid
tələblər:
Məlumat: Seçki Məcəlləsinin
212-ci maddəsinə əsasən
a) Azərbaycan Respublikasının vətəndaşı
olması;
b) seçkilər günü 21 yaşının tamam olması
(seçki günü də daxil olmaqla) və yaşının
21-dən yuxarı olması;
c) müvafiq seçki dairəsində daimi yaşaması.
|
a, b) Azərbaycan Respub-likası
Daxili İşlər Nazirliyi şəhər və ya rayon
polis idarələrinin müvafiq qey-diyyat
və şəxsiyyət vəsi-qəsi şöbələri.
b, c) Mənzil istismar sahəsi. Müvafiq
İcra nümayəndəliyi
|
Namizəd özü tərəfindən
irəli sürüldükdə, dairə seçki komissiyası
tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin
irəli sürülməsi prosedurunun qanunauyğunluğu:
a) bələdiyyəyə namizədliyin irəli sürülməsinə
dair bildiriş (Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 25 avqust 2004-cü il
15/91 saylı Qərarı ilə təsdiq edilmiş 1saylı
əlavəyə uyğun);
b) öhdəlik barədə ərizə (Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü
il 15/91 saylı Qərarı ilə təsdiq edilmiş
2 saylı əlavəyə uyğun);
Səlahiyyətli nümayəndə təyin edilibsə:
c) səlahiyyətli nümayəndənin(lərin) notariat
qaydasında təsdiq edilmiş razılıq ərizəsi
(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
25 avqust 2004-cü il 15/91 saylı qərarı
ilə təsdiq edilmiş 3 saylı əlavəsindəki
formaya və məzmuna uyğunluğu);
ç) bələdiyyəyə namizəd tərəfindən verilən
səlahiyyətli nümayəndənin(lərin) notariat
qaydasında təsdiq edilmiş vəkalətnaməsi;
d) namizədliyin irəli sürülməsi prosedurunun
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
tələbinə uyğunluğu.
|
b,
c, ç) Azərbaycan Respub-likası Ədliyyə
Nazirliyinin Notariat və VVA İdarəsi və
ya ərizəni (vəkalətnaməni) təsdiq etmiş
notariat kontoru. |
| Yoxlanılmalı
məlumatlar: |
|
Bildirişdəki
yoxlanılmalı məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə
(bu olmadıqda fəaliyyət növü).
|
a,
b, ç) Azərbaycan Res-publikası Daxili
İşlər Na-zirliyi şəhər və ya rayon polis
idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət
vəsiqəsi şöbələri.
c) Mənzil istismar sahəsi. Müvafiq İcra
nümayəndə-liyi.
d) Şəxsin əmək münasibət-lərində olduğu
qurum və şəxslər. Müvafiq vergi orqanları.
|
Öhdəlik barədə
ərizədəki yoxlanılmalı məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) namizədin doğum tarixi;
c) namizədin yaşayış yerinin ünvanı;
ç) namizədin təhsili;
d) namizədin əsas iş və ya xidmət yeri
(bu olmadıqda fəaliyyət növü);
e) namizədin ödənilməmiş və ya üzərindən
götürülməmiş məhkumluğu olduqda, onun
məhkum olunduğu Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddəsinin
adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan
əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə
minmiş məhkəmə hökmü çıxarılmışdırsa və
bu əməl Azərbaycan Respublikası Cinayət
Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti
yaradırsa, xarici ölkənin müvafiq qanununun
adının göstərilməsi;
f) Azərbaycan Respublikasının vətəndaşı
olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərin
olub-olmaması. |
a, b, f) Azərbaycan Res-publikası Daxili
İşlər Na-zirliyi şəhər və ya rayon polis
idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət
vəsiqəsi şöbələri.
c) Mənzil istismar sahəsi. Müvafiq İcra
nümayəndə-liyi.
ç) Müvafiq ali təhsil müəs-sisəsi və
ya Azərbaycan Respublikası Təhsil Nazir-liyi.
Respublikadan kənarda təhsil alan şəxslər
barə-sində olan məlumatlar da Azərbaycan
Respublika-sının Təhsil Nazirliyi vasi-təsi
ilə.
d) Şəxsin əmək münasi-bətlərində olduğu
qurum və şəxslər. Müvafiq vergi orqanları.
e, ə) Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi Əməliyyat–Sorğu İnformasiya
İdarəsi.
g, ğ) Azərbaycan Respubli-kasının Xarici
İşlər Nazirliyi.
|
| Səlahiyyətli
nümayəndənin notariat qaydasında təsdiq
edilmiş razılıq ərizəsindəki yoxlanılmalı
məlumatlar |
|
a) səlahiyyətli nümayəndənin
soyadı, adı, atasının adı,
b) doğum tarixi
c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası, nömrəsi və verilmə
tarixi;
ç) yaşayış yerinin ünvanı;
d) əsas iş yeri və vəzifəsi (bu olmadıqda
– fəaliyyət növü);
e) telefon nömrəsi.
|
a, b, c)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
şəhər və ya rayon polis idarələrinin müvafiq
qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri
ç) Mənzil istismar sahəsi. Müvafiq İcra
nümayəndəliyi
d) Şəxsin əmək münasi-bətlərində olduğu
qurum və şəxslər. Müvafiq vergi orqanları.
e) Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin müvafiq şöbələri |
| Bələdiyyə üzvlüyünə
namizəd tərəfindən təyin edilmiş səlahiyyətli
nümayəndənin notariat qaydasında təsdiq
edilmiş vəkalətnaməsinin yoxlanılması: |
|
a)
Vəkalətnamənin qanunauyğunluğu |
a)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Notariat və VVA İdarəsi və ya vəkalətnaməni
təsdiq etmiş notariat kontoru. |
| Namizəd seçicilərin
təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə,
dairə seçki komissiyası tərəfindən yoxlanılmalı
sənədlər və namizədliyin irəli sürülməsi
prosedurunun ganunauyğunluğu: |
|
a) namizədin və ya namizədlərin irəli
sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda
tərtib edilmiş bildiriş (Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 25 avqust
2004-cü il 15/91 saylı Qərarı ilə təsdiq
edilmiş 1”A” saylı əlavəyə uyğun).
b) namizədin və ya namizədlərin Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 53-cü
maddəsinə uyğun tərtib olunmuş və notariat
qaydada təsdiq edilmiş razılıq barədə
ərizəsi(ləri). (Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 25 avqust
2004-cü il 15/91 saylı Qərarı ilə təsdiq
edilmiş 2”A” saylı əlavəyə uyğun).
c) seçicilərin təşəbbüs qrupunun yaradılması
barədə yığıncağın protokolu. (Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
25 avqust 2004-cü il 15/91 saylı Qərarı
ilə təsdiq edilmiş 4 saylı əlavəyə uyğun).
ç) namizədliyin irəli sürülməsi prosedurunun
qanunauyğunluğu.
|
b)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Notariat və VVA İdarəsi və ya ərizəni
təsdiq etmiş notariat kontoru.
c) Protokolu təsdiq edən hüquqi şəxs və
ya yığıncağın keçirilməsi üçün yer ayırmış
subyekt.
|
| Namizəd
və ya namizədlər tərəfindən səlahiyyətli
nümayəndə təyin edilibsə: |
|
a)
səlahiyyətli nümayəndənin(lərin) razılıq
ərizəsi (bu ərizə notariat qaydasında
təsdiq edilməlidir; (Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 25 avqust
2004-cü il 15/91 saylı Qərarı ilə təsdiq
edilmiş 3 saylı əlavəyə uyğun)
b) namizəd tərəfindən verilən səlahiyyətli
nümayəndənin(lərin) notariat qaydasında
təsdiq edilmiş vəkalətnaməsi. |
a,
b) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Notariat və VVA İdarəsi və ya ərizəni
(vəkalətnaməni) təsdiq etmiş notariat
kontoru. |
| Bildirişdəki
yoxlanılmalı məlumatlar: |
|
a)
namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu
vəzifə (bu olmadıqda fəaliyyət növü);
e) təşəbbüs qrupu üzvlərinin soyadı, adı,
atasının adı;
ə) yaşayış yerinin ünvanı;
f) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
g) təşəbbüs qrupu üzvlərinin imzası və
tarix. |
a,
b, ç, e, f) Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyiin şəhər və ya rayon polis
idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət
vəsiqəsi şöbələri.
c, ə) Mənzil istismar sahəsi.
Müvafiq İcra nümayəndəliyi.
d) Şəxsin əmək münasibətlərində olduğu
qurum və şəxslər. Müvafiq vergi orqanları.
|
Təşəbbüs qrupunun
nümayəndəsi təyin edilibsə:
a) təşəbbüs qrupunun nümayəndəsinin soyadı,
adı, atasının adı;
b) yaşayış yerinin ünvanı;
c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
ç)bildirişin verilmə tarixi.
|
a,
c) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyiin şəhər və ya rayon polis idarələrinin
müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi
şöbələri.
b) Mənzil istismar sahəsi.
Müvafiq İcra nümayəndəliyi. |
Razılıq
barədə ərizədəki yoxlanılmalı məlumatlar:
|
|
a)
namizədin soyadı, adı, atasının adı;
b) namizədin doğum tarixi;
c) namizədin təhsili;
ç) namizədin yaşayış yerinin ünvanı;
d) namizədin əsas iş və ya xidmət yeri
(bu olmadıqda fəaliyyət növü);
e) namizədin ödənilməmiş və ya üzərindən
götürülməmiş məhkumluğu olduqda, onun
məhkum olunduğu Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddəsinin
adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan
əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə
minmiş məhkəmə hökmü çıxarılmışdırsa və
bu əməl Azərbaycan Respublikası Cinayət
Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti
yaradırsa, xarici ölkənin müvafiq qanununun
adının göstərilməsi;
f) Azərbaycan Respublikasının vətəndaşı
olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərin
olub-olmaması;
h) imzası.
|
a,
b, f) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin şəhər və ya rayon polis idarələrinin
müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi
şöbələri.
c) Müvafiq ali təhsil müəssisəsi və ya
Azərbaycan Respublikası Təhsil Nazirliyi.
Respub-likadan kənarda təhsil alan şəxslər
barəsində olan məlumatlar da Azərbaycan
Respublikasının Təhsil Nazirliyi vasitəsi
ilə.
ç) Mənzil istismar sahəsi.
Müvafiq Icra nümayəndəliyi
d) Şəxsin əmək münasibətlərində olduğu
qurum və şəxslər. Müvafiq vergi orqanları.
e, ə) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əməliyyat–Sorğu İnformasiya
İdarəsi.
g, ğ) Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi
|
Namizəd
siyasi partiyalar tərəfindən irəli sürüldükdə,
dairə seçki komissiyası tərəfindən
yoxlanılmali sənədlər və namizədliyin
irəli sürülməsi prosedurunun ganunauyğunluğu:
|
|
a)
siyasi partiyanın qeydə alınması barədə
şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş
surəti;
b) siyasi partiyanın qüvvədə olan nizamnaməsinin
notariat qaydasında təsdiqlənmiş surəti;
c) namizədin irəli sürülməsi barədə siyasi
partiyanın qurultayının (konfransının,
rəhbər orqanın iclasının) qərarı və müvafiq
iclasın protokolu;
ç) siyasi partiyalarn səlahiyyətli nümayəndələrinin
siyahısı;
(Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 25 avqust 2004-cü il 15/91
saylı Qərarı ilə təsdiq edilmiş Təlimatın
4”A” saylı əlavəsinin forma və məzmununa
uyğunluğu (bu siyahı həm də Mərkəzi Seçki
Komissiyasına verilir).
d) səlahiyyətli nümayəndənin(lərin) razılıq
məktubu(ları) (Mərkəzi Seçki Komissiyasının
25 avqust 2004-cü il 15/91 saylı qərarı
ilə təsdiq edilmiş 3“A” saylı əlavəsinin
forma və məzmununa uyğunluğu).
e) siyasi partiyanın səlahiyyətli nümayəndələrinin
notariat qaydasında rəsmiləşdirilmiş vəkalət-namələri;
ə) bələdiyyə üzvlüyünə namizədliyin irəli
sürülməsinə dair bildiriş (Mərkəzi Seçki
Komissiyasının 25 avqust 2004-cü il 15/91
saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı
əlavəyə uyğunluğu).
f) namizədin (namizədlərin) razılıq ərizəsi(ləri)
(Mərkəzi Seçki Komissiyasının 25 avqust
2004-cü il 15/91 saylı Qərarı ilə təsdiq
edilmiş 2 ”A” saylı əlavəsinin forma və
məzmununa uyğunluğu).
g) namizədliyin irəli sürülməsi prosedurunun
ganunauyğunluğu. |
a,
b) Ədliyyə Nazirliyi Hüquqi şəxslərin
Dövlət Qeydiyyatı İdarəsi və Ədliyyə Nazirliyinin
Notariat və VVA İdarəsi və ya təsdiq etmiş
notariat kontoru
c, ç, d, ə, f) Siyasi partiyanın ali orqanı
və ya icra aparatı
e) Ədliyyə Nazirliyinin Notariat
və VVA İdarəsi və ya vəkalətnaməni təsdiq
etmiş notariat kontoru. |
| Bildirişdəki
yoxlanılmalı məlumatlar: |
|
a)
namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu
vəzifə (bu olmadıqda fəaliyyət növü).
e) siyasi partiyanın adı;
ə) səlahiyyətli nümayəndənin soyadı, adı,
atasının adı;
f) yaşayış yerinin ünvanı;
g) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
h) səlahiyyətli nümayəndənin imzası və
tarix;
x) bildirişin verilmə tarixi;
I) bildirişi imzalamalı olan şəxslərin
imzaları. |
a, b, ç, ə, g) Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin şəhər
və ya rayon polis idarələrinin müvafiq qeydiyyat
və şəxsiyyət vəsiqəsi şöbələri.
f, c) Mənzil İstismar sahəsi.
Müvafiq İcra nümayəndəliyi
d) şəxsin əmək münasibətlərində olduğu qurum
və şəxslər. Müvafiq vergi orqanları.
e) Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin
Dövlət Qeydiyyatı İdarəsi |
| Razılıq barədə
ərizədəki yoxlanılmalı məlumatlar: |
|
a) namizədin soyadı,
adı, atasının adı;
b) namizədin doğum tarixi;
c) namizədin yaşayış yerinin ünvanı;
ç) namizədin təhsili;
d) namizədin əsas iş və ya xidmət yeri (bu
olmadıqda fəaliyyət növü);
e) namizədin ödənilməmiş və ya üzərindən
götürülməmiş məhkumluğu olduqda, onun məhkum
olunduğu Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan
əməlii olmuşdursa və bu haqda qanuni qüvvəyə
minmiş məhkəmə hökmü çıxarılmışdırsa və
bu əməl Azərbaycan Respublikası Cinayət
Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti
yaradırsa, xarici ölkənin müvafiq qanununun
adının göstərilməsi;
f) Azərbaycan Respublikasının vətəndaşı
olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərin
olub-olmaması;
h) imzası. |
a,
b, f) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin şəhər və ya rayon polis idarələrinin
müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi
şöbələri.
c) Mənzil istismar sahəsi.
Müvafiq Icra nümayəndəliyi
ç) Müvafiq ali təhsil müəssisəsi və ya
Azərbaycan Respublikası Təhsil Nazirliyi.
Respublikadan kənarda təhsil alan şəxslər
barəsində olan məlumatlar da Azərbaycan
Respublikasının Təhsil Nazirliyi vasitəsi
ilə.
d) şəxsin əmək münasibətlərində olduğu
qurum və şəxslər, müvafiq vergi orqanları
e, ə) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi Əməliyyat –Sorğu İnformasiya
Idarəsi
g, ğ) Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi |
Namizəd
siyasi partiyalar bloku tərəfindən irəli
sürüldükdə:
Mərkəzi Seçki Komissiyasına təqdim
edilməli sənədlər:
|
|
(Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 50-ci
maddəsinə müvafiq olaraq siyasi partiyalar
blokunun qeydə alınması üçün onun səlahiyyətli
nümayəndəsi aşağıda göstərilən sənədləri
Azərbaycan Respublikası Seçki Məcəlləsinə
uyğun formada Mərkəzi Seçki Komissiyasına
təqdim etməlidir: (bu məlumatlar Mərkəzi
Seçki Komissiyası tərəfindən yoxlanıla
bilər). |
|
a)
bloka daxil olan siyasi partiyaların nizamnamələrinin
notariat qaydasında təsdiq edilmiş surətləri;
b) siyasi partiyaların bloka daxil olmaq
haqqında qərarları;
ç) blokun yaradılması haqqında siyasi
partiyaların səlahiyyətli nümayəndələri
tərəfindən imzalanmış və həmin partiyaların
möhürləri ilə təsdiqlənmiş birgə qərar.
d) siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin siyahısı. (Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
25 avqust 2004-cü il tarixli 15/91 saylı
Qərarı ilə təsdiq edilmiş 4“A” saylı əlavənin
forma və məzmununa uyğunluğu);
e) səlahiyyətli nümayəndənin (nümayəndələrin)
razılıq məktubu(ları). (Mərkəzi Seçki
Komissiyasının 25 avqust 2004-cü il 15/91
saylı Qərarı ilə təsdiq edilmiş 3”A” saylı
əlavəsinin forma və məzmununa uyğunluğu).
ə) siyasi partiyaların maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrinin siyahısı.
(Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2 sentyabr 2004-cü il tarixli
17/109 saylı Qərarı ilə təsdiq edilmiş
4 “B” saylı əlavənin forma və məzmununa
uyğunluğu);
f) maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndənin (nümayəndələrin) razılıq
məktubu(ları). (Mərkəzi Seçki Komissiyasının
2 sentyabr 2004-cü il 17/109 saylı Qərarı
ilə təsdiq edilmiş 3”B” saylı əlavənin
forma və məzmununa uyğunluğu). |
a)
Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət
Qeydiyyatı İdarəsi. Notariat və VVA İdarəsi
və ya nizamnaməni təsdiq etmiş notariat
kontoru.
b, ç, d, e,ə, f) Siyasi partiyanın ali
orqanı və ya icra aparatı.
|
Dairə
seçki komissiyası tərəfindən yoxlanılmalı
sənədlər və namizədliyin irəli sürülməsi
prosedurunun qanunauyğunluğu: |
|
a) siyasi partiyalar blokuna daxil
olan siyasi partiyaların qurultayının
(konfranslarının, rəhbər organının iclasının)
namizəd irəli sürmək barədə qərarları
ilə birlikdə müvafiq iclasların protokolları;
b) siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin siyahısı (Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
25 avqust 2004-cü il tarixli 15/91 saylı
Qərarı ilə təsiq edilmiş Təlimatın 4”A”
saylı əlavənin forma və məzmununa uyğunluğu)
;
c) səlahiyyətli nümayəndənin (nümayəndələrin)
razılıq məktubu(ları). (Mərkəzi Seçki
Komissiyasının 25 avqust 2004-cü il
15/91 saylı qərarı ilə təsdiq edilmiş
3”A” saylı əlavənin forma və məzmununa
uyğunluğu).
ç) siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin notariat qaydasında
rəsmiləşdirilmiş vəkalətnamələri;
d) bələdiyyə üzvlüyünə namizədin irəli
sürülməsinə dair bildiriş; (Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
25 avqust 2004-cü il 15/91 saylı qərarı
ilə təsdiq edilmiş 1 saylı əlavənin
forma və məzmununa uyğunluğu) ;
e) namizədin razılıq ərizəsi; (Mərkəzi
Seçki Komissiyasının 25 avqust 2004-cü
il 15/91 saylı qərarı ilə təsdiq edilmiş
2 “A” saylı əlavənin forma və məzmununa
uyğunluğu).
|
a,
b, c, ç, d, e) Siyasi partiyaların ali
orqanı və ya icra aparatı.
ç) Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsi
və ya vəkalətnaməni təsdiq etmiş notariat
kontoru.
|
| Bildirişdəki
yoxlanılmalı məlumatlar: |
|
a) namizədin soyadı,
adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə
(bu olmadıqda fəaliyyət növü).
e) siyasi partiyalar blokunun adı;
ə) səlahiyyətli nümayəndənin soyadı, adı,
atasının adı;
f) yaşayış yerinin ünvanı;
g) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi;
h) səlahiyyətli nümayəndənin imzası və tarix;
x) bildirişin verilmə tarixi;
I) bildirişi imzalamalı olan şəxslərin imzaları.
|
a, b, ç, ə, g) Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin şəhər
və ya rayon polis idarələrinin müvafiq qey-diyyat
və şəxsiyyət vəsiqəsi şöbələri.
c, f) Mənzil istismar sahəsi.
Müvafiq icra nümayəndəliyi
d) Şəxsin əmək münasibətlərində olduğu qurum
və şəxslər. Müvafiq vergi orqanları.
e) Mərkəzi Seçki Komissiyası |
| Namizədliyinin
irəli sürülməsinə razılıq verilməsi barədə
ərizədəki yoxlanılmalı məlumatlar |
|
a) namizədin soyadı, adı, atasının
adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriya və nömrəsi;
e) əsas iş və ya xidmət yeri (bu olmadıq
isə - fəaliyyət növü);
ə) siyasi partiyaya mənsubluğu;
f) namizədin ödənilməmiş və ya üzərindən
götürülməmiş məhkumluğu olduqda, onun
məhkum olunduğu Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddəsinin
adı və nömrəsi;
g) xarici ölkədə cinayət məsuliyyəti
yaradan əməlii olmuşdursa və bu haqda
qanuni qüvvəyə minmiş məhkəmə hökmü
çıxarılmışdırsa və bu əməl Azərbaycan
Respublikası Cinayət Məcəlləsində nəzərdə
tutulan cinayət məsuliyyəti yaradırsa,
xarici ölkənin müvafiq qanununun adının
göstərilməsi;
ğ) xarici ölkə vətəndaşlığının olub-olmaması;
h) başqa ölkələr qarşısında öhdəliklərin
olub-olmaması;
x) İmza və tarix.
|
a, b, d) Azərbaycan Respub-likası Daxili
İşlər Nazirliyinin şəhər və ya rayon
polis idarələrinin müvafiq qeydiyyat
və şəxsiyyət vəsiqəsi şöbələri.
c) Mənzil İstismar Sahəsi. Müvafiq icra
nümayəndəliyi.
ç) Müvafiq ali təhsil müəssisəsi və
ya Azərbaycan Respublikası Təhsil Nazirliyi.
Respublikadan kənarda təhsil alan şəxslər
barəsində olan məlumatlar da Azərbaycan
Respublikasının Təhsil Nazirliyi vasitəsi
ilə.
e) Şəxsin əmək münasibət-lərində olduğu
qurum və şəxslər.
Müvafiq vergi orqanları.
ə) Siyasi partiyanın ali orqanı və ya
icra aparatı.
f, g) Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi Əməliyyat–Sorğu İnformasiya
İdarəsi.
ğ, h) Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi |
Səlahiyyətli
nümayəndənin razılıq məktubundakı yoxlanılmalı
məlumatlar:
a) səlahiyyətli nümayəndənin soyadı, adı,
atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı, telefon nömrəsi;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriya və nömrəsi;
d) əsas iş yeri və vəzifəsi (bu olmadıqda
– fəaliyyət növü);
e) telefon nömrəsi;
ə) imza və tarix.
|
a, b, ç) Azərbaycan
Respub-likası Daxili İşlər Nazirliyinin
şəhər və ya rayon polis idarələrinin müvafiq
qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.
c) Mənzil istismar sahəsi. Müvafiq İcra
nümayəndəliyi.
d) Şəxsin əmək münasibət-lərində olduğu
qurum və şəxslər. Müvafiq vergi orqanları.
e) Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin müvafiq şöbələri. |
II
mərhələ - Namizədliyin qeydə alınması
məsələsinin həlli: |
|
İrəli sürülmüş namizədlərin
qeydə alınması üçün namizəd və ya siyasi
partiyanın, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndəsi səsvermə gününə
ən çoxu 105 və ən azı 70 gün qalmış
saat 18.00-dək müvafiq seçki komissiyasına
aşağıdakı seçki sənədlərini təqdim etməlidir.
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
58.1-ci maddəsi):
- irəli sürülmüş namizədin müdafiəsi
üçün toplanmış seçici imzaları olan
imza vərəqələri Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 58.1.1-ci maddəsi);
- seçici imzaları toplanmasının yekunu
haqqında Mərkəzi Seçki Komissiyasının
müəyyənləşdirdiyi formada tərtib edilmiş
protokolun 2 nüsxəsi (Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 58.1.2.-ci maddəsi);
- Seçki Məcəlləsinin 53.3-cü
və 54.8-ci maddələrinə uyğun olaraq
namizəd haqqında təqdim edilmiş məlumatlarda
dəyişikliklər barədə bildiriş (Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 58.1.3);
- namizədin gəlirlərinin miqdarı və
mənbələri barədə məlumat (Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 58.1.4-cü
maddəsi);
- mülkiyyət hüququ əsasında namizədə
məxsus əmlak barədə məlumat (Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 58.1.5-ci
maddəsi);
- namizədin ilkin maliyyə hesabatı (seçici
imzaları toplanmasının təşkilinə sərf
edilən vəsaitlər göstərilməklə) (Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 58.1.6-cı
maddəsi);
Namizədin qeydə alınması üçün müvafiq
seçki sənədləri təqdim edilərkən eyni
zamanda qeydiyyatı həyata keçirən seçki
komissiyasının hesabına müvafiq seçki
fondunun yuxarı həddinin 3 faizi məbləğində
könüllü qeydiyyat depozitinin köçürülməsi
barədə bank sənədi təqdim edilə bilər
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin
58.5-ci maddəsi).
Seçki komissiyaları seçki sənədlərini
qəbul edərkən imza vərəqələri olan hər
bir qovluğu möhürü ilə təsdiqləyir,
təqdim olunmuş imza vərəqələri sayının
seçici imzaları toplanmasının yekunu
haqqında protokola uyğunluğunu yoxlayır,
sonra isə onların qəbul edilmə tarixini
və vaxtını qeyd edərək, namizədə və
ya siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsinə
qəbul edilmiş imza vərəqələrinin sayını,
oradakı imzaların sayını göstərməklə
sənədlərin qəbulu barədə yazılı arayış
verir (Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 58.4-cü maddəsi) (1 saylı
əlavənin forma və məzmununa uyğun).
Müvafiq seçki komissiyası imza
vərəqələrini və namizədin qeydə alınması
üçün lazım olan digər sənədləri qəbul
etdikdən sonra 10 gün müddətində namizədin
qeydə alınıb-alınmaması barədə əsaslandırılmış
qərar qəbul etməlidir. Siyasi partiyanın,
siyasi partiayalar blokunun irəli sürdüyü
namizəd qeydə alındıqda müvafiq seçki
komissyası qeydiyyat barəsində qərarında
namizədin müvafiq siyasi partiya, siyasi
partiyaların bloku tərəfindən irəli
sürüldüyünü göstərir. Qeydiyyat barədə
və ya qeydiyyatdan imtina barəsində
qərarda onun qəbul olunduğu tarix və
vaxt göstərilir (Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 60.1-ci maddəsi).
Namizədin qeydə alınması barədə
qərarın surəti müvafiq seçki komissiyası
tərəfindən həmin qərarın qəbul edildiyi
gündən etibarən bir gün müddətində namizədə,
namizdəd irəli sürmüş siyasi partiyanın
və ya siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinə verilməli, qeydiyyatdan
imtina olunubsa, həm də bunun əsasları
göstərilməlidir (Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 60.2-ci maddəsi).
|
|
| İmza toplayan
subyektlər: |
|
a) namizədin özü;
b) seçici imzalarını müqavilə əsasında toplayan
şəxslər;
c) siyasi partiya və siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndələri.
|
|
| İmza toplayan
subyektlərə aid tələblər: |
|
a) 18 yaşına çatmış
Azərbaycan Respublikası vətəndaşı olmaqla
aktiv seçki hüququna malik olması;
b) imza toplamış şəxsin soyadı, adı, atasının
adı;
c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası və nömrəsi, sənədin
verilmə tarixi.
|
a, b, c) Azərbaycan
Respub-likası Daxili İşlər Nazirliyinin
şəhər və ya rayon polis idarə-lərinin müvafiq
qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri. |
| İmza toplamaya
dair tələblər və onların yoxlanılmasının
mümkünlüyü: |
|
1) əgər imzaları
namizəd özü toplayıbsa, yalnız özü haqqında
məlumatlar və Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 57.1-ci maddəsinin
tələblərinə əməl olunması;
2) əgər imzalar müqavilə əsasında digər
şəxs tərəfindən toplanıbsa, onda tərəflər
arasında olan müqavilənin mövcudluğu və
qanunauyğyunluğu, həmin şəxs haqqında
məlumatlar, imza toplayan şəxsə seçki
fondundan ödənilən məbləğə dair təsdiqedici
sənəd, həmin şəxsin imza toplayan subyektə
aid tələblərə uyğunluğu və Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 57.1-ci
maddəsinin tələblərinə əməl olunması;
3) əgər imzalar siyasi partiya və ya siyasi
partiyalar blokunun səlahiyyətli nümayəndəsi
tərəfindən toplanıbsa, onun siyasi partiya
və ya siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndəsi olması barədə təsdiqedici
sənəd, həmin şəxsin imza toplayan subyektə
aid olan tələblərə uyğunluğu və Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 57.1-ci
maddəsinin tələblərinə əməl olunması.
Qeyd. İmza toplama prosesində
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
57.1-ci maddəsinin tələblərnə əməl edilməsinin
yoxlanılması həmin Məcəlləyə müvafiq olaraq
həyata keçirilir.
|
1) namizəd haqqında
olan məlumatlar və həmin şəxsin imza toplayan
subyektə aid olan tələblərə uyğunluğu bu
təlimata uyğun yoxlanilmalıdır.
2) Müqavilə onu təsdiq edən orqan, ödəniş
müvəkkil bank vasitəsilə, həmin şəxsin imza
toplayan subyektə aid olan tələblərə uyğunluğu
isə bu təlimata uyğun yoxlanilmalıdır.
3) Səlahiyyət onun səlahiy-yətini təsdiq
edən orqan vasitəsilə, imza toplayan subyektə
aid tələblərə cavab verməsi isə bu təlimata
uyğun yoxlanilmalıdır. |
1) irəli
sürülmüş namizədin müdafiəsi üçün toplanmış
seçici imzaları olan imza vərəqələri.
İmza vərəqəsinin Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası tərəfindən 17
avqust 2004-cü il tarixli 13/76 saylı Qərarı
ilə təsdiq edilmiş və Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 3 və 3”A” saylı əlavəsi
ilə müəyyən olunmuş forma və məzmununa uyğunluğu.
|
|
İmza vərəqəsində
yoxlanılması mümkün olan məlumatlar:
– Seçkilərin tarixi
– Bələdiyyənin adı
1. Seçiciyə aid olan məlumatlar
və tələblər:
a) imza edən vətəndaşın soyadı, adı, atasının
adı;
b) doğulduğu il ( 18 yaşlı şəxsin həm
də doğulduğu ay və gün)
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası, nömrəsi, verilmə
tarixi;
d) imza və onun qoyulduğu tarix.
ə) seçki günü 18 yaşına çatmış Azərbaycan
Respublikası vətəndaşı olması;
f) aktiv seçki hüququna malik olması:
g) namizədin irəli sürüldüyü seçki dairəsinin
ərazisində daimi yaşaması;
ğ) namizədliyin müdafəsi üçün imza və
onun qoyulması tarixinin yalnız seciçiyə
məxsus olması;
h) Azərbaycan Respublikası Seçki Məcəlləsinin
57.1-ci maddəsinin tələblərinə əməl olunması.
Qeyd. Namizədliyin müdafiəsi
üçün imza və onun tarixinin qoyulması
hüququ yalnız seçicinin özünə məxsusdur.
|
a, b, ç, ə, f) Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin şəhər
və ya rayon polis idarələrinin müvafiq qeydiyyat
və şəxsiyyət vəsiqəsi şöbələri.
c, g) Mənzil istismar sahəsi.
Müvafiq İcra nümayəndəliyi. |
2. Namizədə
aid məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) şəxsi imzası;
c) imzanın qoyulduğu tarix;
ç) namizədin ödənilməmiş və ya üzərindən
götürülməmiş məhkumluğu olduqda, onun məhkum
olunduğu Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsinin nömrəsi
və adı;
d) xarici ölkədə cinayət məsuliyyəti yaradan
əməlii olmuşdursa və bu haqda qanuni qüvvəyə
minmiş məhkəmə hökmü çıxarılmışdırsa və
bu əməl Azərbaycan Respublikası Cinayət
Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti
yaradırsa, xarici ölkənin müvafiq qanununun
adının göstərilməsi;
e) Azərbaycan Respublikasının vətəndaşı
olması;
ə) xarici ölkə vətəndaşlığının olub-olmaması;
f) başqa ölkələr qarşısında öhdəliklərin
olub-olmaması;
g) əgər namizədi siyasi partiya və ya siyasi
partiyalar bloku irəli sürübsə, imza vərəqəsində
siyasi partiyanın və ya siyasi partiyalar
blokunun adı. |
a, e) Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin şəhər və ya rayon
polis idarələrinin müvafiq qeydiyyat və
şəxsiyyət vəsiqəsi şöbələri.
b) şəxsin özü vasitəsi ilə.
ç, d) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi Əməliyyat – Sorğu İnformasiya
İdarəsi.
ə, f) Azərbaycan Respub-likası Xarici İşlər
Nazirliyi
g) Mərkəzi Seçki Komissiyası və müvafiq
siyasi partiyanın icra və ya ali orqanı. |
3. İmza toplamış
şəxsə aid məlumatlar və tələblər:
a) şəxsin soyadı, adı, atasının adı,
b) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası, nömrəsi, verilmə
tarixi
c) şəxsin imzası və imzanın qoyulduğu tarix.
ç) 18 yaşı tamam olmuş Azərbaycan Respublikası
vətəndaşı olması;
d) aktiv seçki hüququna malik olması. |
a, b, ç, d) Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin şəhər
və ya rayon polis idarələrinin müvafiq qeydiyyat
və şəxsiyyət vəsiqəsi şöbələri. |
Seçici imzalarının
toplanmasının yekunu haqqında Mərkəzi Seçki
Komissiyasının müəyyənləşdirdiyi formada
tərtib edilmiş protokol:
a) Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2 iyul 2004-cü il tarixli
07/ 53 saylı Qərarı iilə təsdiq edilmiş
protokolun forma və məzmununa uyğunluğu;
b) Protokolun 2 nüsxədə olub-olmaması. |
|
| Namizəd
haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər
barədə bildirişdəki yoxlanılmalı məlumatlar: |
Bu təlimata uyğun olaraq,
dəyişiklik baş vermiş hallara dair, müvafiq
aiddiyyatı orqanlar vasitəsi ilə. |
Namizədin
gəlirlərinin miqdarı və mənbələri barədə
yoxlanılmalı məlumatlar:
(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
28 avqust 2004-cü il tarixli 16/99 saylı
Qərarı ilə təsdiq edilmiş Qaydaya 1 və 2
saylı əlavələrin forma və məzmununa uyğun):
|
|
a) əsas iş yerindən
əmək haqqı barədə arayış;
b) mükafat və maddi yardım haqqında arayış;
c) mülki-hüquqi müqavilələrdən əldə olunan
gəlir haqqında arayış;
ç) sahibkarlıq fəaliyyətindən əldə edilən
gəlir haqqında arayış;
d) qeyri-sahibkarlıq fəaliyyətindən əldə
edilən gəlir haqqında arayış.
|
a, b, c, ç, d) şəxsin
əmək münasibətlərində olduğu qurum və şəxslər.
Müvafiq vergi orqanları. |
| Mülkiyyət
hüququ əsasında namizədə məxsus əmlak barədə
yoxlanılmalı məlumatlar:
Daşınmaz əmlak:
|
|
a) torpaq sahəsi;
b) yaşayış sahəsi;
c) mənzillər;
ç) bağlar;
d) qaraj və digər bina, tikili, avadanlıq.
|
a,
b, c, ç, d) Texniki İnventarlaşdırma və
Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi,
onun yerli qurumları və ya müvafiq bələdiyyə
orqanları. |
Nəqliyyat
vasitələri:
a) minik avtomobilləri;
b) yük avtomobilləri;
c) digər nəqliyyat vasitələri. |
a, b, c) Dövlət Yol
Polisi İdarəsi. |
Namizədin ilkin
maliyyə hesabatı:
a) namizədin seçici imzalarının toplanmasının
təşkilinə sərf etdiyi vəsaitin məbləği göstərilməklə
|
a) Müvəkkil bank. |