. : TƏLİMATLAR(BƏLƏDİYYƏ[17.12.2004])

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 08 oktyabr 2004-cü il tarixli 22/147 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının bələdiyyə üzrə yekun protokolunun doldurulması qaydası haqqında

İ Z A H

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.7-ci maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edildikdən sonra sədrin tapşırığı ilə komissiyanın üzvləri təqdim olunan sənədlərin bu İzahın 1-ci bəndinin tələblərinə cavab verib-vermədiyini, səsvermənin nəticələrində (protokol üzrə) uyğunsuzluğun olub-olmadığını yoxlayırlar. Bundan sonra səsvermənin nəticələrinə aid məlumatlar dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir.
Diqqət: Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə onun qaralama nüsxəsi tərtib olunmalıdır.
Dairə seçki komissiyası protokolunun “Bələdiyyə üzrə məntəqə seçki komissiyalarının sayı” sətrində müvafiq seçki dairəsi üzrə yaradılmış seçki məntəqələrinin sayı göstərilir.
“Bələdiyyə üzrə məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı” sətrində səsvermənin baş tutmadığı seçki məntəqələri istisna olmaqla, digər məntəqə seçki komissiyalarından təqdim edilmiş protokolların sayı göstərilir.
“Bələdiyyə üzrə dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı” sətrində (səsvermənin nəticələrinin etibarsız hesab edildiyi seçki məntəqələri məntəqə seçki komissiyalarının təqdim etdikləri protokollar istisna olunmaqla) səsvermənin baş tutduğu seçki məntəqələrindən daxil olan protokolların sayı göstərilir.
“Bələdiyyə üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı” sətrində səsvermənin baş tutduğu, lakin səsvermənin nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı göstərilir.
“Bələdiyyə üzrə səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı” sətrində təbii fəlakət, qarşısı alınmayan digər hadisələr, polisin 6 saatdan artıq asayişi bərpa edə bilməməsi və sair səbəblərdən səsvermənin baş tutmadığı hallarda yekun protokolu tərtib edilməyən seçki məntəqələrinin sayı göstərilir.
Protokol aşağıdakı qaydada doldurulmalıdır.
Protokolun 1-ci bəndi – Bələdiyyə üzrə seçicilərin ümumi sayı
o cümlədən:
a) seçicilər siyahılarındakı seçicilərin sayı;
b) qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı.
Bu bəndə məntəqə seçki komissiyalarının yekun protokolunun birinci bəndindəki seçicilərin ümumi say və qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı daxil edilir. Bu bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmi 1-ci bənddə göstərilən saya bərabər olmalıdır.
Protokolun 2-ci bəndi – Qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı
Məntəqə seçki komissiyaları protokollarının 2-ci bəndindəki rəqəmlər cəmlənərək, səsvermə gününə 45–25 gün qalanadək dairə seçki komissiyasında qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı da əlavə edilməklə bu bənddə qeyd olunur.
Protokolun 3-cü bəndi – Məntəqə seçki komissiyalаrına dairə seçki komissiyasından verilmiş zərflərin sayı
Dairə seçki komissiyası müvafiq akt tərtib edilməklə, məntəqə seçki komissiyalarına seçki bülletenləri ilə birlikdə seçki bülletenlərini qoymaq üçün bərabər sayda zərf də verir. Həmin aktda göstərilən zərflərin sayı protokolun 3-cü bəndinə daxil edilir.
Protokolun 4-cü bəndi – Məntəqə seçki komissiyalarına dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı (4=5+6+7)
Bu bəndə dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına müvafiq akt tərtib edilməklə verilmiş seçki bülletenlərinin həmin aktda əks olunmuş sayı daxil edilir.
Mötərizədəki tənlikdə (4=5+6+7) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 5-ci, 6-cı və 7-ci bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır.
Protokolun 5-ci bəndi - Möhürlənmiş zərf və bülleten alan seçicilərin sayı (5>11+12+14)
o cümlədən:
a) səsvermə otaqlarından kənarda;
b) səsvermə otaqlarında (daimi və müvəqqəti seçici siyahılarında olan imzaların sayı + qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin (1b) sayı).
Bu bəndə məntəqə üzrə səsvermə otaqlarında və səsvermə otaqlarından kənarda seçki bülleteni və zərf götürmüş seçicilərin sayı daxil edilir. Mötərizədə göstərilən bərabərlikdə (5> 11+12+14) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 11-ci,12-ci və 14-cü bəndlərinin rəqəmlərinin cəmindən çox və ya ona bərabər olmalıdır. Bu say eləcə də 5-ci bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmini verməlidir.
Protokolun 6-cı bəndi – İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 6-cı bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 7-ci bəndi - Korlanmış seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 7-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur.
Protokolun 8-ci bəndi – Seçki qutularında olan möhürlənmiş zərflərin sayı (müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə) (8=9+10)
o cümlədən:
a) daşınan seçki qutularında;
b) daşınmaz seçki qutularında;
Məntəqə seçki komissiyaları protokollarının 8-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur. Məntəqə seçki komissiyaları protokollarının həmin bəndin “a” və “b” yarımbənlərində göstərilən rəqəmlərin cəmi protokolun müvafiq yarımbəndlərində qeyd edilir.
Protokolun 9-cu bəndi – Etibarlı hesab edilmiş səslərin sayı (içərisində qanunauyğun doldurulmuş bir ədəd müəyyənləşdirilmiş formada bülleten olan möhürlü zərflərin sayı)
Məntəqə seçki komissiyaları protokollarının 9-cu bəndindəki rəqəmlərin cəmi dairə seçki komissiyası protokolunun bu bəndində qeyd edilir.
Protokolun 10-cu bəndi – Etibarsız hesab edilmiş səslərin sayı (icərisində bir neçə bülleten olan möhürlü zərflərin sayı + icərisində heç bir işarə qoyulmayan bülleten olan möhürlü zərflərin sayı + içərisində bülleten olmayan və ya müəyyənləşdirilmiş formada olmayan bülleten olan möhürlü zərflərin sayı)
Məntəqə seçki komissiyaları protokollarının 10-cu bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 11-ci bəndi – Seçki qutularında olan möhürlənmiş zərflərdəki seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
Məntəqə seçki komissiyaları protokolarının 11-ci bəndində göstərilən rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 12-ci bəndi – Seçki qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
o cümlədən:
a) daşınan seçki qutularında;
b) daşınmaz seçki qutularınnda;
Məntəqə seçki komissiyaları protokollarının 12-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur. Məntəqə seçki komissiyaları protokollarının həmin bəndlərinin “a” və “b” yarımbənlərində göstərilən rəqəmlərin cəmi bu protokolun müvafiq yarımbəndlərində qeyd edilir.
Protokolun 13-cü bəndi – Seçki qutularında olan möhürlənməmiş zərflərin sayı
Məntəqə seçki komissiyaları protokolllarının 13-cü bəndlərində göstərilən rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 14-cü bəndi – Seçki qutularında olan möhürlənməmiş zərflərdəki seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
Məntəqə Seçki Komissiyaları protokollarının 14-cü bəndində göstərilən rəqəmlərin cəmi protokolun bu bəndində qeyd edilir.
Protokolun 15-ci bəndi – Etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvlüyünə namizədlər arasında bölünməsi
Protokolun bu bəndində seçki bülleteninə daxil edilmiş bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı, atasının adı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 237-ci maddəsinin tələbi nəzərə alınmaqla seçki bülletenindəki ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Məntəqə seçki komissiyalarının protokollarındakı hər bir namizədin lehinə verilmiş səslərin cəmi dairə seçki komissiyasının protokolunda həmin namizədin lehinə verilmiş səslərin sayı qrafasında sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda səslərin cəmi yazılır.
Protokolun 16-cı bəndi – bələdiyyə üzvü seçilmiş namizədlər
Protokolun bu bəndinə bələdiyyəyə üzvlüyünə seçilmiş namizədlərin soyadı, adı, atasının adı qeyd edilir.
Protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilməklə, sözlə və rəqəmlə yazılır.
Bələdiyyənin ərazisi bir neçə seçki dairəsinin ərazisini əhatə edirsə, həmin bələdiyyələr üzrə səsvermənin nəticələri MSK-nın müəyyən etdiyi qaydada həll olunur.
Dairə seçki komissiyası protokolunun 1-ci nüsxəsi, habelə səsvermə günü dairə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən zərflərin və seçki bülletenlərinin alınması haqqında akt, seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə dərhal, lakin səsvermə günündən 2 gündən geç olmayaraq dairə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərinin müşaiyəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası