|
17 dekabr 2004-cü il
tarixə təyin edilmiş Azərbaycan Respublikasının
bələdiyyə seçkilərinin seçkilərinin həyata keçirilməsi
ilə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsinin
ərazisində olan, Tovuz rayonunun Kommuna bələdiyyəsində
seçkilərin təxirə salınması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.4-cü və 217.2-ci, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
17 dekabr 2004-cü il tarixə təyin
edilmiş Azərbaycan Respublikasının bələdiyyə seçkilərinin
həyata keçirilməsi ilə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa
seçki dairəsinin ərazisində olan, Tovuz rayonunun
Kommuna bələdiyyəsi üzrə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 217.2-ci maddəsində nəzərdə
tutulmuş hüquqi nəticələr yarandığından, namizədlərin
irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi
üçün həmin bələdiyyəyə seçkilər təxirə salınsın.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Ənvər Əliyev
Xanmurad Əhmədov
Asif Mahmudov
Azər Tağıyev
İlham Məmmədov
Yusif Bağırzadə
Asəf Əliyev
|