|
17 dekabr 2004-cü
il tarixə təyin edilmiş Azərbaycan Respublikasının
bələdiyyə seçkilərinin həyata keçirilməsi ilə
əlaqədar 70 saylı Masallı seçki dairəsinin ərazisində
olan, Masallı rayonunun İkinci Səmədxanlı bələdiyyəsində
seçkilərin təxirə salınması barədə
AZƏRBAYCAN
RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.4-cü və 217.2-ci, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
17 dekabr 2004-cü il tarixə təyin edilmiş Azərbaycan
Respublikasının bələdiyyə seçkilərinin həyata
keçirilməsi ilə əlaqədar 70 saylı Masallı şəhər
seçki dairəsinin ərazisində olan, Masallı rayonunun
İkinci Səmədxanlı bələdiyyəsi üzrə Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 217.2-ci maddəsində
nəzərdə tutulmuş hüquqi nəticələr yarandığından,
namizədlərin irəli sürülməsi və sonrakı hərəkətlərin
edilməsi üçün həmin bələdiyyəyə seçkilər təxirə
salınsın.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Ənvər Əliyev
Xanmurad Əhmədov
Asif Mahmudov
Azər Tağıyev
İlham Məmmədov
Yusif Bağırzadə
Asəf Əliyev
|