|
17 dekabr 2004-cü
il tarixə təyin edilmiş Azərbaycan Respublikasının
bələdiyyə seçkilərinin həyata keçirilməsi ilə
əlaqədar 75 saylı Lənkəran-Masallı seçki dairəsinin
ərazisində olan Lənkəran Şağlaser bələdiyyəsində
seçkilərin təxirə salınması barədə
AZƏRBAYCAN
RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.4-cü və 217.2-ci, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a
l ı r :
17 dekabr 2004-cü il tarixə təyin edilmiş Azərbaycan
Respublikasının bələdiyyə seçkilərinin həyata
keçirilməsi ilə əlaqədar 75 saylı Lənkəran-Masallı
seçki dairəsinin ərazisində olan, Lənkəran şəhərinin
Şağlaser bələdiyyəsi üzrə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 217.2-ci maddəsində nəzərdə
tutulmuş hüquqi nəticələr yarandığından, namizədlərin
irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi
üçün həmin bələdiyyəyə seçkilər təxirə salınsın.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Ənvər Əliyev
Xanmurad Əhmədov
Asif Mahmudov
Azər Tağıyev
İlham Məmmədov
Yusif Bağırzadə
Asəf Əliyev
|