. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(BƏLƏDİYYƏ[17.12.2004])

17 dekabr 2004-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikasının bələdiyyə seçkilərində ərazisi bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları protokollarının 1 saylı əlavəyə (Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokolunun tərtibinə dair Cədvəl) uyğun olaraq tərtib edilməsi haqqinda

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Seçicilərinin sayı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.1-ci maddəsində nəzərdə tutulmuş təmsilçilik normasından çox olan və ərazisi bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.4-cü, 28.4-cü, 112.9-cu, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

17 dekabr 2004-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikasının bələdiyyə seçkilərində ərazisi bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları protokollarının tərtib edilməsi 1 saylı əlavəyə (Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokolunun tərtibinə dair Cədvəl) uyğun olaraq müəyyən olunsun (cədvəl əlavə edilir).

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası