|
Azərbaycan
Respublikası ərazisinin bir hissəsinin Ermənistan
Respublikasının silahlı qüvvələri tərəfindən işğal
olunması nəticəsində öz yaşayış yerlərini tərk
etməyə məcbur olmuş vətəndaşlar 17 dekabr 2004-cü
il tarixə təyin edilmiş Azərbaycan Respublikasının
bələdiyyə seçkilərində aktiv seçki hüquqlarını
ərazilərində müvəqqəti məskunlaşdıqları bələdiyyələr
üzrə həyata keçirə bilmələri haqqında
AZƏRBAYCAN
RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 9.2-ci, 28.4-cü, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
Azərbaycan Respublikası ərazisinin bir hissəsinin
Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən
işğal olunması nəticəsində öz yaşayış yerlərini
tərk etməyə məcbur olmuş vətəndaşlar 17 dekabr
2004-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikasının
bələdiyyə seçkilərində aktiv seçki hüquqlarını
ərazilərində müvəqqəti məskunlaşdıqları bələdiyyələr
üzrə həyata keçirə bilərlər.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|