. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(BƏLƏDİYYƏ[17.12.2004])

 

2004-cü il dekabrın 17-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak etmək məqsədilə Ədalət və Vətəndaş Həmrəyliyi partiyaları tərəfindən yaradılmış siyasi partiyalar bloku – Demokratik Azərbaycan Blokunun qeydə alınması haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ
MƏRKƏZI SEÇKI KOMISSIYASI

Q ƏR A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 50.2-ci, 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

2004-cü il dekabrın 17-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak etmək məqsədilə Ədalət və Vətəndaş Həmrəyliyi partiyaları tərəfindən yaradılmış siyasi partiyalar bloku – Demokratik Azərbaycan Bloku qeydə alınsın.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az