. : TƏLİMATLAR(MİLLİ MƏCLİS[19.10.2004])


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/45 saylı qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın siyası partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi

Q a y d a l a r ı

Siyası partiya, siaysı partiyaların bloku, seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsü ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması dairə seçki komissiyası tərəfindən namizədə, onun səlahiyyətli nümayəndəsinə Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədin irəli sürülməsini təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır.
Namizədə onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın siyası partiyalarlar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü dairə seçki komissiyasının möhürü ilə təsdiqlənməlidir.
İmza vərəqələri Azərbaycan Respublikası Seçki Məcəlləsınə1 və ya 1 “A” saylı əlavələrində göstərilən formada hazırlanmalıdır.
Namizədə və ya səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən 2 nüsxədədən ibarət akt tərtib edilməlidir. Tərtib olunmuş akt namizəd və ya səlahiyyətli nümayəndə eləcə də dairə seçki komissiyasının sədri tərəfindən imzalandıqdan sonra dairə seçki komissiyasının möhürü ilə təsdiqlənir.
İmza vərəqələrinin qəbul etməsı haqqında aktda namizədin və ya səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, tutduğu vəzifə, verilən imza vərərqələrinin sayı və digər məlumatlar göstərilməlidir.
Tərtib edilmiş akt imzalanaraq möhürləndikdən sonra onun bir nüsxısi dairə seçki komissiyasında qalır. Digər nüsxəsi isə verilən imza vərəqələri ilə birlikdə səlahiyyətli nümayəndə və ya namizədə təqdim edilir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az