. : TƏLİMATLAR(MİLLİ MƏCLİS[19.10.2004])

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 iyul 2004-cü il tarixli 11/69 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqəsindən (səsvermə vəsiqəsi) istifadə edilməsinə dair

İ z a h

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 101-ci maddəsində və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/70 saylı Qərarı ilə təsdiq edilmiş “Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi qaydası haqqında” Təlimatında, aktiv seçki hüququna malik olan seçicinin, həmin Məcəllənin 29.9-cu maddəsinə uyğun olaraq vahid seçki dairəsi hesab edilən ərazidə səsvermə vəsiqəsindən (qeydiyyatdan çıxma vəsiqəsi) istifadə hüququ və ondan istifadə qaydaları müəyyən olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 82-ci maddəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı ğöstərilən ərazi vahid seçki dairəsi deyil, bir dairədən bir deputat seçilməklə, 125 deputat seçilməsi üçün həmin sayda birmandatlı seçki dairələri hesab edilir.
Ğöründüyü kimi Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı aktiv seçki hüququna malik olan seçici yalnız yaşadığı dairənin ərazisində və qeydə alınmış bir namizədin seçilməsi məqsədilə öz iradəsini ifadə etmək imkanına malikdir.
Qeyd edilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.1-ci və 25.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası seçicilərin seçki hüququnun təmin edilməsi dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin tənzimlənməsi məqsədilə izah edir:
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/70 saylı Qərarı ilə təsdiq edilmiş “Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi qaydası haqqında” Təlimatı ilə müəyyən olunan səsvermə vəsiqəsindən (qeydiyyatdan çıxma vəsiqəsi) istifadə qaydalarının tətbiqi Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı yalnız seçicinin seçici siyahısına daxil olduğu seçki dairəsinin ərazisi hüdudlarında mümkündür.

Qeyd: Seçicinin və ya onun nümayəndəsinin səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsini dairə və ya məntəqə seçki komissiyalarından almaq üçün təqdim etməli olduğu ərizə formalarının 1“A”, 1”B”, 1”C” və 1”Ç” saylı nümunələri bu İzaha əlavə edilir.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsindən (səsvermə vəsiqəsi) istifadə edilməsinə dair İzaha 1 “A” saylı əlavə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsindən (səsvermə vəsiqəsi) istifadə edilməsinə dair İzaha 1 “B” saylı əlavə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsindən (səsvermə vəsiqəsi) istifadə edilməsinə dair İzaha 1 “C” saylı əlavə
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsindən (səsvermə vəsiqəsi) istifadə edilməsinə dair İzaha 1 “Ç” saylı əlavə

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az