Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar
aşağıdakı bəzi seçki sənədlərinin nümunələrinin
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
QƏRARI
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 25.2.11-ci, 106.7-ci, 107.4-cü,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq
edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci, 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r:
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
əlaqədar aşağıdakı bəzi seçki sənədlərinin nümunələri
təsdiq edilsin:
1) Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilərdə səsvermə otağından kənarda
səs vermək üçün kilidlənmiş daşınan seçki qutusunun
kilidinin nömrəsi haqqında AKT;
2) Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilərdə seçki qutularının və onların
kilidlərinin dairə seçki komissiyası tərəfindən
məntəqə seçki komissiyasına verilməsi haqqında
AKT;
3) Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilər günü seçki qutuları üçün
nəzərdə tutulmuş, lakin istifadə olunmamış kilidlərin
nömrələri və sayı haqqında AKT;
4) Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilər günü daşınmaz seçki qutusunun(larının)
kilidlərinin nömrələri və sayı haqqında AKT;
5) Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilərlə əlaqədar seçki sənədlərinin
dairə seçki komissiyasından Mərkəzi Seçki Komissiyasına
verilməsi haqqında AKT;
6) Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilərlə əlaqədar seçki sənədlərinin
məntəqə seçki komissiyasından dairə seçki komissiyalarına
verilməsi haqqında AKT.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi
Mahmudov