AzərbaycanRespublikası
Mərkəzi Seçki Komissiyasının
27 iyun 2003-cü il tarixli
4/25 saylı qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının hüdudlarından
kənarda Azərbaycan Respublikası Prezidenti seçkilərinin
təşkili haqqında
Təlimat
Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası
vətəndaşlarınin seçki hüquqlarının həyata keçirilməsinə
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı
maddəsinə əsasən respublikamızin diplomatik
nümayəndəlikləri və konsulluq idarələri cavabdehdirlər.
Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaşayan va ya uzunmuddətli xarici ezamiyyətdə
olan Azərbaycan Respublikası vətəndaşlarının
seçici siyahılarına daxil edilməsi üçün əsas
onların Azərbaycan Respublikasının hüdudlarından
kənarda daimi va daha çox yaşaması, habelə Azərbaycan
Respublikasının diplomatik nümayındəliklərinin
va ya konsul idarələrinin müəyyənləşdirdiyi
uzunmüddətli xarici ezamiyyətlərdə olması faktı
əsas gotürülür. Səsvermə günü xarici dövlətlərdə
olan seçicilərin səs verməsi və səslərin hesablanması
üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə
Azərbaycan Respublikasının diplomatik nümayəndələrinin
və ya konsul idarələrinin rəhbərləri tərəfindən
konsul qeydiyyatına durmuş seçicilərin sayı
50-dən artıq olduqda səsvermə gününə azı 30
gün qalmış qaradılır.
Səsvermə günü xarici dövlətlərdə Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi va
ya konsul idarəsi mövcud deyilsə va ya Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyində
va ya konsul idarədində Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq
seçki məbtəqəsi yaradılmayıbsa, həmin xarici
dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları
səsvermədə iştirak etmirlər.
Seçki məntəqələrinin yaradılmidığı yerlərdə
(seçicilərin sayı 30-dan az olduqda) səsvermənin
təşkilini diplomatik nümayəndəliyin və ya konsul
idarəsinin azı 2 (iki) əməkdaşına tapşırılmasına
icazə verilir.
Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaşayan seçicilər seçki dairələri üzrə siyahıya
alınırlar. Azərbaycan Respublikasının hüdudlarəndam
kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarixci
ezamiyyətdə olan və Azərbaycan Respublikasının
müvafiq diplomatik nümayəndəliklərində və konsul
idarələrində qrydə alınmış seçicilərin sayı
haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin
məlumatlar əsasında prezident seçkiləri zamanı
göstərilən seçicilərin siyahıya alınması üçün
müvafiq seçki dairılırinin siyahılarını tısdiq
edir.
Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaradılmış seçki məntəqələri üzrə seçicilərin
siyahıları Azərbaycan Respublikasının müvafiq
diplomatik nünayəndəliyinin və ya konsul idarəsinin
rahbərlərinin seçicilər haqqındakı verdikləri
məlumatlar əsasında, səsvermə gününə azı 25
gün qalmış müvafiq məntəqə seçki komissiyaları
tərəfindən təsdiq edilir.
Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi
ilə birkildə seçki sənədlərinin diplomatik nümayəndiklərdə
və konsul idarələrində yerləşən seçki məntəqələrinə
çatdırırılmasını təmin edir.
Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyası
tərəfindən səsverməyə yekun vurularkən xaricdə
yerləşən seçki məıntəqəlindən faks vasitəsilə
alınmış məlumatlar səsvermənin nəticələri haqqında
yekun protokoluna daxil edilir.
Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaradılan seçki məntəqələri, seçkilrin və səsvermənin
nəticəlıri ilə bağlı məlumatların dərci məsələsi
yerli şəraiti nəzərə alınmaqla Azərbaycan Respublikasının
müvafiq diplomatik nümayəndəliklərinin və konsul
idarələrinin rəhbərləri tərəfindən həll edilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
xaricdə yerləşən diplomatik nümayəndəliklərdə
və konsul idarələrində təşkil olunmuş seçki
məntəqələri ilə fasiləsiz əlaqə saxlanmasını
təmin etmək üçün lazımi tədbirlər görülməlidir.