. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli 3/21
saylı qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının “Seçki Məcəlləsi”nin
1.1.25-ci maddəsinə əsasən seçki hüququna malik olan
Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətlərini
təsdiq edən və seçki prosesində istifadə etldikləri sənədlərin

S i y a h ı s ı

1. Azərbaycan Respublikasının ərazisində seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşlarının seçki prosesində aşağıda göstərilən sənədlərdən istifadə edirlər:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- Keçmiş SSRİ pasportu;
- 9 N-li forma.

2. Həqiqi hərbi xidmətdə və ya müddətli hərbi xidmətdə olan hərbiçilər səsvermə zamanı aşağıda göstərilən sənədlərdən istifadə edirlər:
- Zabitin şəxsi vəsiqəsi;
- Hərbi bilet.

3. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan, seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermə prossesində aşağıda göstərilən sənədlərdən istifadə edirlər:
- Ümumvətəndaş pasportu;
- Xidməti pasport;
- Diplomatik pasport.

4. Qaçqınlar və məcburi köçkünlərin bu siyahının 1-ci bəndində göstərilən şəxsiyyətlini təsdiq edən sənəd yoxdursa, onlar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş formada hazırlanmış köçkün vəsiqəsi ilə səs verə bilərlər.

5. Yuxarıda göstərilən sənədlərdən başqa digər sənədlərin seçki prosesində istifadəsi yolverilməzdir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası