Azərbaycan Respublikası Mərkəzi
Seçki
Komissiyasının 8 sentyabr 2003-cü il tarixli
29/229 saylı qərarı ilə təsdiq edilmişdir.
Qeydiyyatdan keçməli müşahidəçilər
(Azərbaycan Respublikası Seçki Məcəlləsi maddə
40.7) tərəfindən dairə seçki komissiyasıса
təqdim edilən sənədlərin
Siyahısı
1. Vətəndaş öz təşəbbüsü
ilə müşahidəçi qismində çıxış etmək üçün aşağıda
göstərilən sənədi təqdim etməlidir:
- müşahidəçinin ərizəsi (ərizədə müşahidəçinin
soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış
yerinin ünvanı, şəxsiyyət vəsiqəsi və ya onu
əvəz edən sənədin seriya və nomrəsi gostərilməlidir
müşahidəçinin 3x4 ölçüdə iki ədəd fotoşəkli
əlavə edilməlidir)
2. Qeydə alınmış namizəd müşahidəçi təyin etmək
üçün aşağıda göstərilən sənədləri təqdim etməlidir:
a) dairə seçki komissiyasına
ünvanlanmış müraciət (müraciətdə müşahidəçilərin
siyahısı göstərilməlidir);
b) müşahidəçinin razılıq
ərizəsi (ərizədə müşahidəçinin soyadı, adı,
atasının adı, doğum tarixi, yaşayış yerinin
ünvanı, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən
sənədin seriya və nömrəsi göstərilməlidir müşahidəçinin
3x4 şlçüdə iki ədəd fotoşəkli əlavə edilməlidir).
3. Siyasi partiya, siyasi partiyalar blokları
və seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət
təşkilatları tərəfindən təyin edilmiş müşahidəçilərin
qeydiyyatdan keçməsi üçün aşağıda göstərilən
sənədlər təqdim edilməlidir:
а) dairə seçki komissiyasına ünvanlanmış müraciət
(müraciətdə təşkilatın hüquqi ünvanı göstərilməlidir);
б) təşkilatın (seçkilərdə iştirak etməkdən ötrü
və müşahidəçi təyin etmək üçün Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim
edilmiş siyasi partiyalar və qeyri-hökumət təşkilatları
istisna olunmaqla) qeydiyyat şəhadətnaməsinin
notariat qaydasında təsdiqlənmiş surəti;
c) təşkilatın (siyasi partiyalar və müşahidəçi
təyin etmək məqsədilə sənədləri Mərkəzi Seçki
Komissiyasına təqdim edilmiş qeyri-hökumət təşkilatları
istisna olunmaqla) Nizamnaməsinin notariat qaydasında
təsdiqlənmiş surəti;
ç) müşahidəçinin təyin edilməsi barədə iclasın
qərarı;
d) təyin edilmiş muşahidəçilərin siyahısı (siyahıda
müşahidəçinin soyadı, adı, atasının adı, doğum
tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsi
və ya onu əvəz edən sənədin seriya və nömrəsi
göstərilməlidir);
e) təyin edilmiş hər bir müşahidəçinin razılıq
ərizəsi (ərizəyə müşahidəçinin 3x4 ölçüdə 2
ədəd fotoşəkli əlavə edilməlidir);
ə) qeyri-hökumət təşkilatları yuxarıda gostərilən
sənədlərlə yanaşı “Qeyri-hkumət təşkilatları
haqqında” Azərbaycan Respublikası Qanununun
2.4 maddəsinin Azərbaycan respublikası Qanununun
2.4 maddəsinin müddəalarına uyğun olaraq nizamnamə
kapitalında xarici, fiziki və hüquqi şəxslərin
payının 30 faizdən artıq olmaması Azərbaycan
Respublikasının hüquqi şəxsləri tərəfindən qrant
alınmaması barədə və seçki sahəsində fəaliyyət
göstərmələri barədə rəsmi arayışlar təqdim etməlidirlər.
Azərbaycan Respublikası
vətəndaşının seçkilərdə öz təşəbbüsü ilə
müşahidə aparması qaydaları haqqında
TƏLİMAT
1. Azərbaycan Respublikası
Prezidentinin seçkilərində yerli müşahidəçilərin
(bundan sonra müşahidəçilərin) iş fəaliyyəti
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40,
41, 42, 43 və 44-cü maddələrinə müvafiq olaraq
tənzimlənir.
1.1. Aktiv seçki hüququna malik olan Azərbaycan
Respublikasının hər bir vətəndaşı müşahidəni
öz təşəbbüsü ilə apara bilər.
1.2. Azərbaycan Respublikasının bütün ərazisində
müşahidənin aparılmasına dair ərizə seçkilərin
elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə
10 gün qalanadək Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər.
Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin
soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin
seriya və nömrəsi, zərurət olduqda isə həm də
maraqları təmsil olunacaq prezidentliyə namizədin
adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın
(siyasi partiyalar blokunun) adı və hüquqi imkanı
göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə
olunmalıdır. Hər bir ərizəyə dair qərar onun
verildiyi tarixdən başlayaraq 3 gün müddətində
qəbul edilməlidir. Müşahidənin keçirilməsinə
rədd cavabı yalniz ərizədə göstərilən məlumatlar
təsdiq olunmadıqda verilə bilər.
1.3. Müşahidənin aparılmasına icazə verildikdə,
müşahidəçiyə Mərkəzi Seçki Komissiyası tərəfindən
vəsiqə verilir.
2. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına
dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq
seçilərin keçirilməsinə 5 gün qalanadək müvafiq
dairə seçki komissiyasına təqdim edilə bilər.
2.1. Müşahidənin keçirilməsinə icazə verildikdə,
müvafiq dairə seçki komissiyası müşahidəçiyə
Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi
formada hazırlanmış vəsiqə verir.
2.2. Müşahidənin keçirilməsinə seçki komissiyası
tərəfindən icazə verilmədikdə, seçki komissiyasının
bu qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi
Seçki Komissiyası nəticə etibarilə şikayəti
təmin etməzsə, Azərbaycan Respublikasının Apellyasiya
Məhkəməsinə şikayət verilə bilər.
2.3. Müşahidəçilər bütün seçki komissiyalarında
seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin
nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini,
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında protokolun tərtib olunmasını, habelə
səslərin hesablanmasını müşahidə edə bilərlər.
2.4. Müşahidəçilər səsvermə günü seçki komissiyasının
iclasını müşahidə etmək üçün xüsusi icazə tələb
olunmur.
2.5. Səsvermə günü səsvermə otağında olan və
seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə
edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının
katibi tərəfindən aparılır.
3. Müşahidə Azərbaycan Respublikası Seçki Məcəlləsinin
40, 41 və 42-ci maddələrinə əsasən aparılır.
Müşahidəçilər eyni hüquqa malikdirlər və eyni
vəzifələr daşıyırlar.
3.1. Müşahidəçilər Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 40, 41 və 42-ci maddələrində göstərilən
hüquq və vəzifələrə malikdirlər.
3.2. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan
edilir:
seçicilərə seçki bülletenlərinin qoyulması üçün
zərfləri və seçki bülletenlərini vermək;
seçiciyə necə səs verəcəyi və necə səs verdiyi
haqqında sual vermək;
seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni
alınması haqqında imza etmək;
seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
seçki komissiyalarının həlledici səs hüquqlu
üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında
birbaşa iştirak etmək;
seçki komissiyalarının işinə maneə törədən hərəkətlər
etmək;
seçicilər arasında təşviqat aparmaq;
bu və ya digər namizədin, siyasi partiyanın
dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi
kimi qiymətləndirilə bilən hərəkətlər və ya
çağırışlar etmək;
müvafiq seçki komissiyasının qərarlarının qəbul
olunmasına müdaxilə etmək;
seçicilərin suallarına cavab vermək (öz statusu
ilə bağlı suallar istisna olmaqla).
4. Göstərilən tələblərə
riayət etməyən müşahidəçinin qeydiyyatı onu
qeydə almış seçki komissiyasının müraciəti əsasında
müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
4.1. Müşahidəçilər müşahidənin yekunlarına dair
rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki
komissiyasının sədrinə təqdim etdikdə, həmin
rəy səsvermənin nəticələri və ya seçkilərin
yekunları haqqında protokola əlavə edilməlidir.
4.2. Müşahidəçilərin səlahiyyətlərinə prezident
seçkilərinin yekunları rəsmən elan olunduğu
gündən xitam verilir.