. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyul 2003 cü il tarixli 17/102 saylı
Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası dairə seçki komissiyasının

R E Q L A M E N T İ

1. Ümumi müddəalar
1.1. Bu Reqlament Azərbaycan Respublikası Seçki Məcəlləsinin 34.1-ci maddəsinə əsasən qəbul olunur və Azərbaycan Respublikasının dairə seçki komissiyasının (bundan sonra – dairə seçki komissiyası) iclaslarının keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Dairə seçki komissiyasının iclasları bu Reqlament əsasında təşkil edilir və aparılır.
1.3. Dairə seçki komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş məsələləri öz səlahiyyətləri çərçivəsində iclasa çıxarır, müzakirə edir və müvafiq qərarlar qəbul edir.

2. Dairə seçki komissiyasının iclaslarınа aid ümumi qaydalar
2.1. Dairə seçki komissiyasının iclasları dairə seçki komissiyası sədrinin təşəbbüsü ilə və ya komissiya üzvlərinin azı 1/3-nin tələbi ilə çağırılır.
Bu cür tələb dairə seçki komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında olmalıdır.
2.2. Dairə seçki komissiyasının sədri komissiyasının iclaslarında sədrlik edir.
2.3. Dairə seçki komissiyasının iclasında komissiyanın əvəzedici üzvləri, dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər iştirak edə bilərlər.
2.4. Dairə seçki komissiyasının sədri komissiya üzvləri arasında iş bölgüsü aparır.

3. Dairə seçki komissiyası iclaslarının keçirilmə şərtləri
3.1. Dairə seçki komissiyasının iclasında məruzə üçün 10 dəqiqəyədək, əlavə məruzə üçün 5 dəqiqəyədək, məsələlərə dair müzakirə üçün 5 dəqiqəyədək, müxtəlif sənəd layihələrinin müzakirəsi üçün 5 dəqiqəyədək, arayış, müraciət və açıqlma vermək üçün 2 dəqiqəyədək vaxt verilir.
3.2. Dairə seçki komissiyasının sədri məsələlərin mahiyyəti üzrə müzakirəsi üçün yuxarıda göstərilən müddətləri komissiya üzvlərinin təklifi ilə artıra bilər.

3.3 Seçkilərlə bağlı hər hansı bir məsələ dairə deçki komissiyası üzvlərinin 1/3 səsi tələb olunur.
3.4. Dairə seçki komissiyasının iclasları və iclas protokolları Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4. Dairə seçki komissiyası iclaslarının hazırlanması
4.1. Dairə seçki komissiyasının iclasları haqqında komissiyanın üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Dairə seçki komissiyası iclasının vaxtı haqqında məlumat komissiya üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən çatdırılır.
İclasın vaxtı haqqında məlumat səsverməyə 5 gündən az qalmışdırsa, 24 saat müddətində , səsvermə günü isə dərhal və şəxsən çatdırılır.
4.2. Dairə seçki komissiyasının iclası komissiyanın azı 6 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur.
4.3. Dairə seçki komissiyasının iclaslarında baxılan məsələlər üzrə, bir qayda olaraq, komissiyanın katibləri məruzə edirlər.
Dairə seçki komissiyasının sədri komissiyanın üzvləri arasından məruzəçi təyin edə bilər.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası