. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
“21” iyul 2003-cü il tarixli 17/101 saylı
qərarı ilə təsdiq edilmişdir


Azərbaycan Respublikası Seçki Məcəlləsinin 74.5-ci maddəsinin tələbinə uyğun olaraq kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarıt üzrə Mərkəzi Seçki Komissiyasının nəznində yaradılan mətbuat qrupu haqqında

T Ə L İ M A T

1. Ümimu müdəalar
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3. və 74.5-ci maddələrinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsi, yəni kütləvi informasiya vasitələrində (radio, televiziya və eləcə də təşviqat xarakterli digər tədbirlər də daxil olmaqla) seçkiqabağı təşviqatın apalılması qaydalarına əməl olunması üxrə nəzarıti həyata keçirmək üçün mətbuat qrupu yaradılır.
1.1. Mərkəzi Seçki Komissiyasının nəznində yaradılan Mətbuat qrupu Mərkəzi Seçki Komissiyasının üzvündən, həmçinin hüquq, jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət tərkibdə formalaşdırılır;
1.2. Hüquq və vəzifələrini yerinə yetirərkən Mətbuat qrupu seçkiqabağı təviqatın üsullarını və qaydalarını tənzimləyən Azərbaycan Respublikası qanunlarının tələblərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təlimat və digər aktlarını rəhbər tutur;
1.3. Mətbuat qrupu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilən səlahiyyət çərçivəsində mətbuat və informasiya sahəsində idarəetmə və nəzarəti həyata keçirən orqanlara, kütləvi informasiya vasitələrinin redaksiyaları ilə, Azərbaycan Respublikası prezidentliyinə namizədlər, prezidentliyə namizəd irıli sürmüş siyasi partiyalar, siyasi partiya blokları, seçicilərin təçəbbüs qrupları və seçki prosesinin digır iştirakçıları ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir;
1.4 Mətbuat qrupu öz iclaslarında kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparılmasının müəyyən olunmuş qayda və üsulların pozulması ilə əlaqədar ərizə və şikayətlərə baxılır, aşkar edilmiş nöqsanların aradam qaldırılması üçün tədbirlər görür və zəruri hallarda ərizə və şikayətlər üzrə qərar layihələrini Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müxakirəsinə çıxarır;
1.5. Mətbuat qrupuna rəhbərliyi, onun fəaliyətinin təşkilatı və hüquqi təminatını Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası həyata keçirir.

2. Mətbuat qrupunun formalaşması və təşkili qaydası
2.1. Mətbuat qrupunun tərkibi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq edilir;
2.2. Mətbuat qrupunun rəhbəri qrupun üxvləri tərəfindən seçilir;
2.3. Mətbuat qrupunun rəhbəri Mətbuat qrupuna daxil edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvləri sırasından seçilir;
2.4. Mətbuat qrupunun rəhbəri olmadığı hallarda onun vəzifələrini qrup rəhbərinin tapşırığı ilə üzvlərdən biri icra edir.

3. Mətbuat qrupunun vəzifələri
Mətbuat qruounun əsas vəzifələri aşağıdakılardır:
-seçkiqabağı təşviqatın aparılma üsulları və qaydasını tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təlimat və digər aktlarının müddəalarına seçki prosesi iştirakçılarının əməl etmələrinə nəzarətin həyata keçirilməsi;
-Seçkiqabağı təşviqatın müəyyən edilmiş qaydasının pozulması haqqında prezidentliyə namizədlərdən, siyasi partiyalardan, siyasi bloklardan, seçicilərin təşəbbüs qruplarından, kütləvi informasiya vasitələrindən, içtimayi birliklərdən və vətəndaşlardan daxil olmuş şikayət və ərizələrin yoxlanəlması;
-Ərizə və şikayətlərə baxılmasına, aparılmış yoxlamalara dair Mərkəzi Seçki Komissiyasının tərlif, tövsiyyə, rəy və qərar layihələrinin hazırlanması

4.Mətbuat qrupunun funksiyaları

Mətbuat qrupunun funksiyaları aşağıdakılardır:

- Kütləvi informasiya vasitələrinin, prezidentliyə namizədlərin, siyasi partiya və siyasi partiya bloklarının, seçicilərin təşəbbüs qruplarının Dövlət Teleradio Şirkətinin kanallarında pullu və pulsuz efir vaxtının verilmısinə dair cədvələ əməl etməsinə, dövri nəşr redaksiyalarının qanunun tələblərinə riayət etməsinə nəzarətin həyata keçirilməsi;
- Prezidentliyə namizədlərə, prezidentlyə namizədi irəli sürülmüş siyasi partiya və siyasi partiya blokları və seçicilərin təşəbbüs qrupları ilə kütləvi informasiya vasitələrinin seçkiqabağı təşviqatın aparılması üçün pullu efir vaxtının, bu Təlimatla müəyyən edilmiş nisbətinə, dövri mətbuat nəşrlərində seçkiqabağı təşviqat materiallarının bu qanunla müəyyən edilmiş dərcinin, həmçinin qanunla müəyyən edilmiş qaydaların gözlənilməsinə nəzarətin həyata keçirilməsi;
- Seçkiqabğı təşviqat fəaliyyəti çərçivəsində “Kütləvi İnformasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması haqqında məlumatların yoxlanılması.

5. Mətbuat qrupunun hüquqları

- Seçki prossesi iştirakçısının ərizə və şikayətlərinə baxmaq və onlara mahiyyəti üzrə cavab vermək;
- Azərbaycan Respublikası qanunvericiliyinin, bu Təlimatın tələblərinə əməl edilməsi və daxil olmuş şikayətlərlə bağli kütləvi informasiya vasitələri redaksiyalarının nümayəndələrinin məlumatlarını dinləmək;
- Seçkiqabağı təşviqatın aparılmasının üsul və qaydalarının pozulması hallarının aradan qaldırılması üzrə təklifləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasınin müzakirəsinə çıxarmaq.


6. Mətbuat qrupunun rəhbərini vəzifələri
Mətbuat qrupunun rəhbəri:
-Qrupun işini təşkil edir və planlaşdırır, qrupun işi ilə bağli məsələləri seçki komissiyasının müzakirəsinə çıxarir;
-Mətbuat qrupu üzvləri arasında iş bölgüsü aparır;
- Mətbuat qrupunun seçki komissiyası ilə daimi əlaqəli işini təmin edir, komissiya və onun sədri tərəfindən həllini tələb edən təkliflər irəli sürür;
- Həlli kollegial müzakirə tələb edən məsələlərin baxılması üçün mıtbuat qrupunun iclasını çağırır və bu iclasda sədrlik edir;
-Mərkəzi Seçki Komissiyasınin tələbi ilə mətbuat qrupunun fəaliyyəti barədə ona məlumat verir
.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası