. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21iyul 2003-cü il tarixli
17/103 saylı Qərarı ilə təsdiq edilmişdi.

Azərbaycan Respublikası məntəqə seçki komissiyasının

R E Q L A M E N T İ

1. Ümumi müddəalar
1.1. Bu Reqlament Azərbaycan Respublikası Seçki Məcəlləsinin 39.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası məntəqə seçki komissiyasının (bundan sonra – məntəqə seçki komissiyası) iclaslarının keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Məntəqə seçki komissiyasının iclasları bu Reqlament əsasında təşkil edilir və aparılır.
1.3. Məntəqə seçki komissiyası Azərbaycan Respublikasısls Seçki Məcəlləsi ilə müəyyən olunmuş məsələləri səlahiyyətləri çərçivəsində iclasa çıxarır və müvafiq qərarlar qəbul edir.

2. Məntəqə seçki komissiyası iclaslarının aparılmasının ümumi qaydaları
2.1. Məntəqə seçki komissiyanın iclasları məntəqə seçki komissiyası sədrinin təşəbbüsü ilə və ya məntəqə seçki komissiyası üzvlərinin azı 1/3 - nin tələbi ilə çağırılır.
Bu cür tələb məntəqə seçki komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında olmalıdır.
2.2. İclaslara sədrliyi məntəqə seçki komissiyasının sədri həyata keçirir.
2.3. Məntəqə seçki komissiyasının iclaslarında əvəzedici üzvlər, dəvət olunmuş ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin digər şəxslər də iştirak edə bilərlər;
2.4.. Məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında iş bölgüsü aparır.

3. Məntəqə seçki komissiyası iclaslarının keçirilmə şərtləri
3.1. Məntəqə seçki komissiyasının iclaslarında məruzə üçün 5 dəqiqəyədək, əlavə məruzə üçün 3 dəqiqəyədək, məsələlərə dair müzakirə üçün 5 dəqiqəyədək, müxtəlif sənəd layihələrinin müzakirəsi üçün 3 dəqiqəyədək, arayış, müraciət və açıqlama vermək üçün 2 dəqiqəyədək vaxt verilir.
3.2. Məntəqə seçki komissiyasının sədri məsələnin mahiyyəti üzrə müzakirəhk üçün yuxarıda göstərilən müddətləri məntəqə seçki komissiyası üzvlərinin təklifi əsasında artıra bilər;
3.3. Seçkilərlə bağli hər hansı bir məsələ məntəqə seçki komissiyası üzvlərinin 1/3-nin tələbi ilə komissiyanın sədrinə ünvanlanan yazılı müraciət əsasında komissiya iclasının gündəliyinə daxil edilməlidir
3.4. Məntəqə seçki komissiyasının iclasları və iclas protokolları Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4. Məntəqə seçki komissiyası iclaslarının hazırlanması
4.1. Məntəqə seçki komissiyasının iclasları haqqında komissiyanın üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Məntəqə seçki komissiyası iclasının vaxtı haqqında məlumat komissiya üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən çatdırılır.
İclasın vaxtı haqqında məlumat səsverməyə 5 gündən az qalmışdırsa, 24 saat müddətində , səsvermə günü isə dərhal və şəxsən çatdırılır.
4.2. Məntəqə seçki komissiyasının iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur.
4.3. Məntəqə seçki komissiyasının iclaslarında baxılan məsələlər üzrə bir qayda olaraq məntəqə seçki komissiyasının katibləri məruzə edirlər.
Məntəqə seçki komissiyasının sədri məntəqə seçki komissiyasının üzvləri arasından məruzəçi təyin edə bilər.
Məruzəçi zəruri sənədləri və materialları toplayır, məsələyə hərtərfli, tam və obyektiv baxılması üçün zəruri tədbirləri görür, məsələ üzrə məruzə hazırlayır.

5. Məntəqə seçki komissiyası iclasının təxirə salınması və ya başqa vaxta keçirilməsi
5.1. İclasın gedişində sədrlik edən fasilə elan edə bilər. Gündəliyə çıxarılan məsələlərz bir iş günü ərzində baımaq mümkün olmadıqda fasilə elan edilir və iclasın keçirilmə vaxtı barədə məlumat verilir.
5.2. Aşağıdakı hallarda məntəqə seçki komissiyasının iclası təxirə salına və ya başlanmış iclas başqa vaxta keçirilə bələr:
- məntəqə seçki komissiyası üzvlərinin sayında yetərsay olmadıqda;
- məsələyə hərtərəfli, tam və obyektiv baxılmasına maraqlı subyektks, ekspertks, maışe şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda;
- iclasa çıxarılan məsələlərə aid sənəd və materiallar məntəqə seçki komissiyasının üzvlərinə müəyyənrzəekxkrrkə olunmuş müddətdə təqdim olunmadıqda;
- Məntəqə seçki komissiyasının iclasında baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədə biləcək başqa hallar olduqda;
5.3. Məntəqə seçki komissiyasının iclasında iştirak edən üzvlərin sayı Seçki Məcəlləsinin 19.10-cu maddəsində göstərilənlərdən azdırsa, iclas təxirə salınır və zəruri olan məsələnin müzakirəsi üçün iclas (seçkilər gününə 6 gün qalmışdan az müddət zamanı və səsvermə günü ən azı 3 saat müddətində) çağırılır. Növbəti iclas zamanı iclasında iştirak edən üzvlərin sayı yenə də 2/3-dən az olarsa, bu zaman (seçkilər gününə 6 gün qalmışdan az müddət zamanı və səsvermə günü ən azı 3 saat müddətində) üçüncü iclas çağırılır. Üçüncü iclasda yenə də üzvlərin ən azı 2/3-si iştirak etməzsə, bu zaman məntəqə seçki komissiyası iclasının səlahiyyətli olması üçün iştirak edən üzvlərin sayı 2/3-dən yarıyadək endirilir.
5.4. Məntəqə seçki komissiyasında Azərbaycan Respublikası Seçki Məcəlləsində qəbul edilməsi üçün son müddət nəzərdə tutulmuş qərarların müzakirəsi zamanı onların səsvermə yolu ilə bu Reqlamentin 8.6-cı bəndində göstərilən qaydada 3 dəfə qəbul edilməsi mümkün olmazsa və yaranan fikir ayrılığı qaldırıla bilməzsə, bu zaman qərarın qəbul edilməsi üçün lazım olan səs çoxluğu adi səs çoxluğu ilə əvəz edilir.

6. Məntəqə seçki komissiyasının iclasının aparılması qaydaları
6.1. Məntəqə seçki komissiyasının iclasına sədrk:
- iclası açıq elan edir və gündəliyə çıxarılan məsələlər haqqında məntəqə seçki komissiyasının üzvlərinə məlumat verir və gündəliyə əlavələrin olub olmamasını aydınlaşdırır;
- iclasın gündəliyindəki məsələlərin müzakirəsini təşkil edir, onları səsə qoyur;
- məntəqə seçki komissiyasının üzvlərinə, həmçinin dəvət edilmiş digər şəxslərə çıxış üçün növbə gözləmək şərti ilə söz verir;
- məntəqə seçki komissiyası üzvlərinin və dəvət olunmuş digər şəxslərin çıxış üçün bu Reqlamentə əməl etmələrini təmin edir.
6.2. Məruzəçi və yə çıxış edən üzv çıxışında gündəlikdə duran məsələlərdən kənara çıxdığı halda iclasda sədrlik edən müzakirə olunan məsələnin mahiyyəti barədə danışmağın vacibliyini ondan tələb edir.
6.3. Məruzəçi və yə çıxış edən üzv bu Reqlamentdən kənara çıxdıqda sədrlik edən çıxışı kəsə bilər.
6.4. Məntəqə seçki komissiyası iclasının gündəliyinə daxil olan məsələlərin müzakirəsi başa çatdıqda iclasa sədrlik edən iclası bağlı elan edir.

7. Məntəqə seçki komissiyası üzvlərinin iclasda hərəkətləri
7.1. Komissiya üzvlərinin aşağıdakılarə tələb edə bilərlər:
- iclasın keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq;
- iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış olmaq;
- məntəqə seçki komissiyası Katibliyindən lazımi arayış və məlumatlar əldə etmək;
- normativ sənədlərin layihələri ilə tanış olmaq;
- bu Reqlamentə uyğun çıxışlar və məruzələr etmək, müzakirələrdə iştirak etmək;
7.2. Komissiya üzvlərinin aşağıdakılara riayət etməlidirlər:
- xəstələnmə və digər üzürlü səbəblər istisna olmaqla məsəzqz seçki komissiyasının bütün iclaslarında iştirak etmək;
- məntəqə seçki komissiyası sədrinin müəyyən etdiyi iş bölgüsü əsasında fəaliyyət göstərmək;
- iclasa çıxarılan məsələlərlə bağlı məruzələrdə iştirak etmək;
- bu Reqlamentin müddəalarına əməl etmək;
- çıxış üçün onlara ayrılmış vaxtdan səmərəli istifadə etmək;
- etik normalara riayət etmək.
7.3. İclas zamanı məntəqə seçki komissiyası üzvünün etik qaydalara riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi, etiraz əlaməti olaraq iclas zalını tərk etməsi kimi hərəkətlər yolverilməzdir. Bu cür hərəkətlər qanun pozuntusu kimi qiymətləndirilir və tədbir görülməsi üçün dairə seçki komissiyasına məlumat verilir.

8. Məntəqə seçki komissiyasının iclaslarında səsvermə və qərarların qəbuledilmə qaydaları
8.1. Məntəqə seçki komissiyasının üzvləri qanunvericiliklə səlahiyyətlərinə aid olan məsələlər üzrə qərarlar qəbul edir.
Qərar layihəsinə baxılarkən məntəqə seçki komissiyasının üzvləri əsas məruzəçini, həmçinin əlavə məruzəçiləri dinləyir və layihə ətrafında müzakirə aparır.
8.2. Məntəqə seçki komissiyasının üzvləri tərəfindən əsas götürülmüş qərar layihəsi bütövlükdə və ya ayrı-ayrı maddələr üzrə müzakirə olunur, lazım gələrsə layihədə düzəlişlər edilir və bütövlükdə səsə qoyulur.
8.3. Səsvermə zamanı qərar layihəsinə yalnız məntəqə seçki komissiyasının üzvləri tərəfindən düzəlişlər edilə bilər.
8.4. Səsvermədə məntəqə seçki komissiyasının üzvü bir səsə malik olmaqla şəxsən səs verir.
8.5. Məntəqə seçki komissiyasının qərarları məntəqə seçki komissiyasının iclasında 4 və ya 5 üzv iştirak etdikdə – 3 nəfərin səs coxluğu ilə; 6 üzvü iştirak etdikdə – azı 4 nəfərin səs coxluğu ilə qəbul edilir.
8.6. Məntəqə seçki komissiyasının qərarları 12 saat ərzində dərc edilir və dərc edildiyi gündən qüvvəyə minir.

9. Məntəqə seçki komissiyası qərarlarının və protokollarının imzalanması
9.1. Məntəqə seçki komissiyasının iclasında səsverməyə qoyulan məsələnin nəticəsi komissiyanın sədri tərəfindən elan edilir və bu iclas protokoluna daxil edilir.
9.2. Məntəqə seçki komissiyasının qərarları və iclasının protokolları Komissiyanın sədri və katibləri tərəfindən imzalanır.
Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlər səs verən komissiya üzvləri imzalayır.
Məntəqə seçki komissiyasının iclasının protokolları təsdiq olunmaq üçün içlasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya üzvlərinə paylanır və komissiyanın növbəti içlaslarının birində qərarla təsdiq edilir (bu məsələ komissiya içlasının qündəliyinə birinçi məsələ kimi salınır).
9.3. Məntəqə seçki komissiyasının qəbul edilmiş qərarı ilə razılaşmayan üzvlər yazılı formada xüsusi rəy bildirə bilərlər və həmin rəy məntəqə seçki komissiyasının iclasının protokoluna əlavə edilir.

10. Yekun müddəalar
10.1. Reqlamentə əlavə və dəyişikliklər edilməsi barədə təkliflərə Mərkəzi Seçki Komissiyasının iclasında baxılır.
10.2. Reqlamentə əlavə və dəyişikliklər Mərkəzi Seçki Komissiyasının qərarı ilə edilir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası