Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
16 iyul 2003-cü il tarixli
15/87 saylı Qərarı ilə təsdiq edilmişdirA
Dövlət avtomatlaşdırılmış informasiya
sistemindən seçkilərdə (referendumda) istifadə
edilməsi haqqında
Təlimat
1. Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının seçkilərində, Azərbaycan
Respublikası Prezidentinin seçkilərində, Azərbaycan
Respublikasında bələdiyyə seçkilərində və Referendumda
Dövlət avtomatlaşdırılmış informasiya sistemindən
(DAİS) istifadə edilməsi qaydaları Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 110-cü maddəsi
ilə müəyyən olunur.
2. DAİS-dən seçkilər (referendum) keçirilərkən,
o cümlədən seçicilər qeydə alınarkən, seçicilərin
siyahıları tərtib edilərkən: səsvermənin nəticələri
və seçkilərin yekunları haqqında müəyyənləşdirilərkən
məlumatların vaxtında alınması, verilməsi və
yenidən işlənib hazırlanmasında istifadə oluna
bilər.
3. DAİS-in funksiyalarını Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət
göstərən “Seçkilər” İnformasiya Mərkəzi yerinə
yetirir. Dairə və məntəqə seçki komissiyalarında
isə həmin vəzifələr müvafiq komissiyaların yanında
kompüter operatoru (operatorları) rəhbərliyi
“Seçkilər” İnformasiya Mərkəzi həyata keçirir.
4. Azərbaycan Respublikası Seçki Məcəlləsinin
46.11-ci və 46.12-ci maddələrinə əsasən Azərbaycan
Respublikası üzrə seçicilərin vahid siyahısı
DAİS-dən istifadə etməklə Mərkəzi Seçki Komissiyası
tərəfindən tərtib olunur. DAİS-ə daxil edilmiş
seçicilər haqqında məlumatların yayılmasında
dövlət təminat verir və bu məlumatların yayılmaması
üçün “Seçkilər” İnformasiya Mərkəzi məsuliyyət
daşıyır.
5. DAİS-dən və ya ayrılıqda onun texniki vasitələrindən
istifadə edilməsinə nəzarət məqsədilə müvafiq
seçki komissiyası öz qərarı ilə seçki komissiyasının
nəzarət qrupu yaradır. Nəzarət qrupu avtomatlaşdırılmış
vasitələr kompleksinin işə hazır olmasını, seçki
komissiyalarının protokolarından çıxarılan və
sistemə verilən, eləcə də protokola əlavə edilən
məlumatların düzgünlüyünü yoxlayır, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin tələblərinə,
bu Təlimata və başqa normativ sənədlərə əməl
olunmasına, müvafiq seçki komissiyasının reqlamentinə
və təqdim planına əsasən DAİS-dən istifadə edilməsi
üçün nəzərdə tutulmuş hərəkətlərin sənədləşdirilməsinə
nəzarət edir. Nəzarət qrupu avtomatlaşdırılmış
informasiya sistemləri sahəsindəki mütəxəssisləri
öz işinə cəlb edə bilər.
6. Nəzarət qrupu üzvlərinin aşağıdakı hüquqları
vardır:
• texniki rabitə kanalı ilə müvafiq seçki komissiyasına
verilən hər hansı məlumatla tanış olmaq;
• DAİS-in texniki sənədləşdirilməsi ilə əlaqədar
və sistemin bütün texniki heyətinin hərəkətlərinə
aid izahat tələb etmək;
• əllə və texniki vasitələrlə işlənmiş mülumatları
müqayisə etmək;
• hərəkətləri qanuna zidd olduqda, sistemin
işçi heyətinin hər hansı biri və ya müşahidəçilər
barədə seçki komissiyasının sədrinə məlumat
vermək və pozuntuların qaldırılması, yaxud həmin
pozuntulara yol vermiş şəxslərin kənarlaşdırılması
barədə təklif vermək.
Nəzarət qrupunun keçirdiyi yoxlamanın nəticələri
müvafiq seçki komissiyasının cari sənədlərində
əks olunmalıdır.
7. Seçki komissiyalarının bütün üzvlərinin,
müşahidəçilərin, kütləvi informasiya vasitələri
nümayəndələrinin DAİS-ə daxil edilən və oradan
çıxarılan hər hansı məlumatla, operatorun (operatorların)
işinə mane olmamaq və hər kəsin şəxsi toxunulmazlıq
hüququnu gözləmək şərtilə tanış olmaq hüququ
vardır.
8. Səsvermə başlandıqdan sonra seçkilərin yekunları
və səsvermənin nəticələri barədə seçki komissiyalarının
protokolları imzalananadək, aşağı seçki komissiyalarının
yuxarı seçki komissiyalarına məlumat verməsi
əsasında müvafiq seçki komissiyaları DAİS-dən
səsvermənin gedişi və nəticələri müşahidə etmək
üçün istifadə edirlər. Bu müddətdə yuxarı seçki
komissiyalarının informasiya xidmətlərindən
aşağı seçki komissiyalarının informasiya xidmətlərindən
aşağı seçki komissiyalarının informasiya xidmətlərinə
məlumatların qəbulu təsdiq edən siqnallardan
başqa hər hansı məlumatın verilməsi qadağındır.
9. Nəzarət qrupları səsvermənin gedişi və seçkilərin
nəticələri barədə məlumatların DAİS-ə Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi hesabat
saatlarına uyğun olaraq, seçicilərin artan yekunla
səsverməsi nəzərə alınmaqla təxirəsalınmadan
təqdim etməlidir. Məlumatlar eyni hesabat saatlarına
uyğun olaraq hissə-hissə də ötürülə bilər.
10. Səsvermənin gedişi və onun nəticələri barədə
DAİS fasitəsilə alınan məlumatlar hüquqi əhəmiyyət
daşıyan ilkin məlumatlar hesab olunur.
11. Seçki komissiyalarından alınan məlumatlar
dərhal kompüterə daxil edilir və printerdə çap
olunaraq, rəsmi təsdiqlənmək üçün nəzarət qrupuna
bu Təlimata əlavə edilmiş formaya uyğun olaraq
təqdim edilir. Nəzarət qrupunun üzvləri və məlumatın
hazırlanması (verilməsi) üçün məsul olan şəxs
məlumatların düzgünlüyünü imzaları ilə təsdiq
etdikdən sonra məlumat “Seçkilər” İnformasiya
Mərkəzinə ötürülür.
12. Seçki komissiyasının katibində saxlanılan
seçki komisiyasının protokoluna DAİS-ə daxil
edilmiş məlumatların kompüter vasitəsi ilə çap
olunmuş mətni əlavə edilir.
Forma 1
DÖVLƏT AVTOMATLAŞDIRILMIŞ İNFORMASİYA
SiSTEMİNDƏN SEÇKİLƏRDƏ (REFERENDUMDA) İSTİFADƏ
EDİLMƏSİ HAQQINDA
T Ə L İ M A T A Ə L A V Ə
______ saylı seçki dairəsi (ərazisi)
üzrə səsvermənin gedişi haqqında
saat ________ olan məlumat
Seçki məntəqələri Seçki
məntəqəsi üzrə seçicilərin ümumi sayı Seçki
bülleteni alan seçicilərin sayı
| Seçki
məntəqələri |
Seçki
məntəqəsi üzrə
seçicilərin ümumi sayı |
Seçki
bülleteni alan seçicilərin
sayı |
| 1. |
|
|
| 2. |
|
|
| 3. |
|
|
| 4. |
|
|
| 5. |
|
|
| 6. |
|
|
| 7. |
|
|
| 8. |
|
|
| 9. |
|
|
| … |
|
|
| Cəmi: |
|
|
Məlumatı hazırlayan
məsul şəxs: ______________ _________
soyadı, adı, atasının adı imza
Nəzarət qrupunun üzvləri:
_____________ _________
soyadı, adı, atasının adı imza
_____________ ________
______________
__________