AzərbaycanRespublikası
Mərkəzi Seçki Komissiyasının
12 avqust 2003-cü il tarixli
22/150 saylı qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN
RESPUBLIKASININ PREZIDENTI SEÇKILƏRINDƏ VƏKIL
TƏYIN EDILMIŞ ŞƏXSLƏRIN STATUSU HAQQINDA T Ə
L I M A T
1. Bu status
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
əsasən müəyyənləşdirilir.
1.1. Qeydə alınmış namizəd, namizədi qeydə alınmış
siyasi partiya, siyasi partiyalar bloku 50-yə
qədər vəkil edilmiş şəxs təyin edə bilərlər;
1.2. Həmin şəxslər Mərkəzi Seçki Komissiyası
tərəfindən qeydə alınır və onlara xüsusi vəsiqə
verilir;
1.3. Vəkil edilmiş şəxslərin təyin edilməsi
barədə namizədin yazılı ərizəsi və ya siyasi
partiyanın, siyasi partiyalar blokunun təqdimatı,
habelə vətəndaşların vəkil edilmiş şəxs olmaq
barədə razılıq ərizələri daxil olduğu gündən
başlayaraq 3 gün müddətində həmin şəxslər qeydə
almırlar;
1.4. Ərizədə və ya təqdimatda vəkil edilmiş
hər bir şəxsin soyadı, adı, atasının adı, doğum
tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə
(bu olmadıqda - fəaliyyət növü), yaşayış yerinin
ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyası, nömrəsi və verilmə tarixi
göstərilir.
2. Vəkil edilmiş şəxslərin aşağıdakı hüquqları
vardır:
qeydə alınmış namizədin seçkiqabağı təşviqat
kampaniyasmda iştirak etmək;
prezidentliyə namizədin seçicilərlə görüşlərinin
keçirilməsi üçün yer ayrılması barədə müvafiq
icra hakimiyyəti orqanlarma ərizə ilə müraciət
etmək; seçkiqabağı təşviqat materiallarmm yerləşdirilməsi
üçün ayrılmış yerlərin siyahısını dairə seçki
komissiyasından almaq; hərbi hissələrin yerləşdiyi
ərazinin hüdudlarında hərbi qulluqda olan seçicilərlə
görüşləri, hərbi hissə komandirinin dairə seçki
komissiyası ilə birlikdə belə görüşün keçirilməsini
təyin etdikləri günə azı 3 gün qalanadək, müvafiq
seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin,
namizədləri qeydə alınmış bütün siyasi partiyaların,
siyasi partiya bloklarının mütləq dəvət edilməsi
və ya onlara xəbər verilməsi şərtilə təşkil
etmək; seçki bülletenlərinin, protokolların
və zərflərin hazırlanması prosesində iştirak
etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət
etmək; müşahidəçi qismində seçkilərin gedişini
izləmək; dairə və məntəqə seçki komissiyalarının
iclaslarında, habelə səslərin hesablanmasında,
dairə və məntəqə seçki komissiyalarında seçki
bülletenləri, seçici siyahıları, səsvermə üçün
qeydiyyatdançıxma vəsiqələri ilə, səsvermənin
nəticələri və yekunları haqqında protokollarla
müvafiq işin aparılmasını müşahidə etmək və
onlarla tanış olmaq, seçki komissiyalarının
qərarlarının və digər seçki sənədlərinin (seçici
siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma
vəsiqələri, seçki bülletenləri və imza vərəqələri
istisna olmaqla) surətini almaq, seçki komissiyalarında
digər seçki hərəkətlərinin həyata keçirilməsini
müşahidə etmək; səsvermə günü istədiyi vaxt
müvafiq seçki məntəqəsinin səsvermə otağında
olmaq; seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflərin və seçki bülletenlərinin verilməsini
müşahidə etmək; seçicilərin sayını hesablamaq,
seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin
sayılmasmı müşahidə etmək; səsvermənin təşkili
ilə əlaqədar təklif və iradlarla məntəqə seçki
komissiyasının sədrinə, o olmadıqda isə onu
əvəz edən şəxsə müraciət etmək; Mərkəzi Seçki
Komissiyasının qərarından, onun vəzifəli şəxslərinin
hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət
etmək; onu təyin edən namizədi, habelə siyasi
partiyanı, siyasi partiyalar blokunu xəbərdar
etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt
öz təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyasına
qaytararaq, səlahiyyətlərindən imtina etmək;
qanunla qadağan edilməyən digər hərəkətlər.
3. Vəkil edilmiş şəxslər tərəfindən aşağıdakı
hərəkətlərin edilməsi qadağandır: - dövlət və
bələdiyyə orqanlarında müəyyən vəzifə tutan
vəkil edilmiş şəxslərin seçkilərin gedişi zamanı
öz vəzifə və xidməti mövqelərindən istifadə
etməsi; - hərbi hissələrin yerləşdiyi ərazilərdə,
hərbi təşkilatlarda və ya idarələrdə təşviqat
aparmaq; - səsvermə günü seçki komissiyası üzvlərinin
öz səlahiyyətlərini həyata keçirməsinə mane
olmaq, seçiciləri bu və ya digər namizədə səs
verməyə məcbur etmək; - seçiciyə necə səs verəcəyi
və ya necə səs verdiyi barədə suallar vermək;
- seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni
alınması haqqında imza etmək; seçicinin xahişi
ilə seçki bülletenini doldurmaq; digər namizədin,
siyasi partiyanm dəstəklənməsinə yönəldilən
və dəstəklənməsi kimi qiymətləndirilə bilən
hərəkətlər və çağırışlar etmək; müvafiq seçki
komissiyasının qərarlarının qəbul olunmasına
müdaxilə etmək; vəzifəli şəxs, teleradio verilişləri
və kütləvi informasiya vasitələri redaksiyalarında
işləyən jurnalist və yaradıcı işçidirsə, seçkilərin
gedişinin kütləvi informasiya vasitələri ilə
işıqlandırılmasında iştirak etmək; qanunla qadağan
edilmiş digər hərəkətlər etmək.
4. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi
partiyalar bloku Mərkəzi Seçki Komissiyasını
xəbərdar etməklə, vəkil etdikləri şəxsləri istənilən
vaxt geri çağıra və onların əvəzinə başqalarını
təyin edə bilərlər. Belə xəbərdarlıq olduqda,
vəkil edilmiş şəxsin vəsiqəsi ləğv edilir.
5. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq
seçki komissiyasının onları qeydə aldığı gündən
başlanır və seçkilərin yekunları haqqında məlumatın
Azərbaycan Respublikasınm Konstitusiya Məhkəməsi
tərəfindən rəsmən elan olunduğu gün başa çatır.